Bu vəzifə rəqəmsal platformaların strategiyaya uyğun planlanması, inkişafı və davamlı təkmilləşdirilməsini təmin etməyi nəzərdə tutur.
Layihə sənədlərinin (Project Charter, Roadmap, Risk Register, Stakeholder Register və s.) hazırlanması, yenilənməsi və idarə olunması; mərhələlərin (milestone) vaxtında və keyfiyyətlə icrasının təmin edilməsi;
Layihə çərçivəsində büdcə, resurs, vaxt və keyfiyyət göstəricilərinin effektiv idarə olunması; dəyişikliklərin və risklərin operativ şəkildə qiymətləndirilməsi və idarə edilməsi;
Tapşırıqların və komanda fəaliyyətinin layihə idarəetmə alətləri (Jira, Confluence və s.) vasitəsilə planlaşdırılması, prioritetləşdirilməsi və icra monitorinqinin aparılması;
Dövlət qurumları və aidiyyəti texniki komandalar ilə koordinasiyanın təmin edilməsi; maraqlı tərəflərin gözləntilərinin, qərarların və asılılıqların idarə olunması;
Layihə məqsəd və nəticələrinin təşkilatın strateji prioritetləri və müəyyən edilmiş KPI-larla uyğunlaşdırılması; normativ və hüquqi tələblərə riayət olunmasının təmin edilməsi;
Qeyri-müəyyənlik və dəyişkən mühitdə prioritetlərin formalaşdırılması, strukturlaşdırma və effektiv qərarvermənin təmin edilməsi;
Layihə statusu üzrə müntəzəm hesabatların və idarəedici təqdimatların hazırlanması, şəffaf kommunikasiya mühitinin təmin edilməsi;
Komanda motivasiyasının qorunması, rolların və məsuliyyətlərin dəqiq müəyyən edilməsi; hesabatlılıq və nəticəyönümlü iş mədəniyyətinin təşviqi.
Namizədə tələblər
Ali təhsil (İT, biznes idarəçiliyi, layihə idarəetməsi və ya müvafiq sahə üzrə);
Rəqəmsal layihələrin idarə olunması sahəsində minimum 2–3 il iş təcrübəsi;
Layihə idarəetməsi, strateji planlama və risklərin proaktiv idarə olunması üzrə təcrübə;
Agile, Scrum, Kanban, Hybrid və Waterfall metodologiyaları üzrə dərin bilik və praktik təcrübə;
Maraqlı tərəflərlə effektiv ünsiyyət və qərarvermə bacarığı;
Komandaya liderlik və mentorluq bacarığı, motivasiya və peşəkar inkişaf təşəbbüslərinin təşkili təcrübəsi;
Jira Software və ya digər tapşırıq idarəetmə sistemləri, eləcə də ESD və oxşar sistemlərlə iş təcrübəsi;
İT infrastrukturu, DevOps prosesləri və SDLC (Software Development Life Cycle) üzrə ilkin və ya orta səviyyədə bilik;
Superset, Tableau və digər analitika/vizuallaşdırma alətləri ilə işləmə bacarığı üstünlükdür;
Qrup və fərdlər qarşısında təqdimat bacarığı;
PMI ACP, PMP və ya oxşar beynəlxalq sertifikatların olması mütləqdir; PRINCE2 (üstünlükdür)
Rəqəmsal transformasiya və ya beynəlxalq tərəfdaşlıq proqramlarında iştirak üstünlük hesab olunur;