Mühafizə edilən məhdud girişli zonalara daxil olan sərnişinlərə, ekipaj üzvlərinə, personala, onların əl yüklərinə, baqajına və nəqliyyat vasitələrinə aviasiya təhlükəsizliyinə dair baxış keçirmək;
Hava gəmisində daşınması qadağan olunmuş əşya və maddələrin məhdud girişli zonalara keçirilməsinin qarşısını almaq;
Nəzarət edilən və mühafizə edilən məhdud girişli zonalarda buraxılış nəzarəti tədbirlərini həyata keçirmək;
Aviasiya təhlükəsizliyi baxışı zamanı istifadə olunan texniki vasitələrdən düzgün istifadə etmək və onların işlək vəziyyətini təmin etmək;
Şübhəli əşya və ya hallar aşkar edildikdə dərhal böyük inspektora və ya növbə rəisinə məlumat vermək;
Xidmət zamanı əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət etmək.
Namizədə tələblər
Ali təhsil (Milli Aviasiya Akademiyasının məzunlarına üstünlük verilir);
Dil bilikləri: Azərbaycan dili (əla) , ingilis dili (orta), əlavə xarici dil biliyi üstünlük hesab edilir;
Məhkumluq və zərərli vərdişlərin olmaması;
Psixoloji və fiziki cəhətdən sağlam;
Həqiqi hərbi xidmət keçmiş;
20-35 yaş arası qadın və kişi namizədlər;
Boy göstəriciləri: kişi namizədlər üçün 1.75 sm, qadın namizədlər üçün 1.65 sm az olmamalı);