“City Finance” BOKT MMC İlkin təqib üzrə kiçik mütəxəssis vakansiyasını elan edir.
“City Finance” bank olmayan kredit təşkilatıdır. BOKT 2014-cü ildən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş lisenziya əsasında fəaliyyətə başlayaraq müxtəlif növ kreditlərin verilməsi xidmətini göstərir. “City Finance” uzun müddətli və aşağı faiz dərəcəli kredit təklifləri ilə bərabər rahat ödəmə üsulları da təklif edir. Şirkətin iş prinsipini müştəriyə yönəlik fəaliyyət, yüksek keyfiyyətli və daha sərfəli şərtlərlə xidmət etmək təşkil edir.
Vəzifə öhdəlikləri:
Gecikmədə olan kredit portfellərinin təqib edilməsi
Kredit üzrə gecikməsi olan müştərilərlə əlaqə yaradılması
Gecikmə səbəblərinin araşdırılması və sistemə qeyd edilməsi
Kredit üzrə ödənişlərin qaytarılmasının təmin edilməsi
Namizədə tələblər
21-29 yaş aralığında gənclər
Ali təhsil
Əla səviyyədə azərbaycan dili (Rus dili biliyi üstünlükdür)