Layihələrin məqsədlərini, iş həcmini, icra müddətlərini, maliyyə və texniki resurslarını müəyyənləşdirmək, ətraflı layihə planlarını hazırlamaq və icrasını koordinasiya etmək;
Layihə qrafiklərinə, müəyyən edilmiş mərhələlərə və resurs planına uyğunluğu izləmək, kənarlaşmaların aradan qaldırılması üçün müvafiq tədbirlər görmək;
Layihə komandası üzvləri arasında iş bölgüsünü və tapşırıqların icrasını koordinasiya etmək, məsul şəxsləri və icra müddətlərini müəyyənləşdirmək;
Layihə portfelinin idarə olunması üzrə mövcud yanaşmaları təhlil etmək, təkmilləşdirilməli sahələri müəyyənləşdirmək və müvafiq inkişaf təşəbbüslərinin həyata keçirilməsində iştirak etmək;
Layihələrin icrası zamanı riskləri, dəyişiklikləri və keyfiyyət göstəricilərini idarə etmək, problemlərin vaxtında müəyyənləşdirilməsini və həllini təmin etmək;
Layihə üzrə maraqlı tərəflərlə effektiv kommunikasiyanı təşkil etmək, mütəmadi status görüşləri keçirmək, hesabatlar və təqdimatlar hazırlamaq;
Layihələrin nəticələrini müəyyən edilmiş Əsas Fəaliyyət Göstəriciləri (KPI) əsasında qiymətləndirmək və əldə olunan nəticələrin təhlilində iştirak etmək;
Jira platforması vasitəsilə layihə tapşırıqlarının, icra statuslarının və layihə məlumatlarının sistemli şəkildə izlənilməsini təmin etmək;
Təşkilatın strateji hədəflərinin və təşəbbüslərinin icrasının koordinasiyasına dəstək göstərmək
Namizədə tələblər
Ali təhsil;
Layihələrin idarə olunması sahəsində minimum 2 il iş təcrübəsi;
Layihələrin idarə olunmasının əsas metodologiyaları, alətləri və prinsipləri üzrə nəzəri və praktiki biliklər;
Jira Software/Jira Service Management platformalarında layihələrin idarə olunması və izlənilməsi üzrə yaxşı biliklər;
Layihə planlarının hazırlanması, tapşırıqların koordinasiyası, icra müddətlərinin və resursların idarə olunması bacarığı;
Risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə olunması üzrə biliklər;
KPI-ların müəyyənləşdirilməsi, monitorinqi və nəticələrin təhlili bacarığı;
Analitik düşünmə, problem həll etmə və qərarvermə bacarıqları;
Hesabatların və təqdimatların hazırlanması, məlumatların strukturlaşdırılması və nəticələrin təqdim edilməsi bacarığı;
Maraqlı tərəflərlə effektiv ünsiyyət, komanda işi və koordinasiya bacarıqları;
Azərbaycan və ingilis dillərində effektiv şifahi və yazılı kommunikasiya bacarığı;
Yüksək məsuliyyətlilik, dürüstlük, təşəbbüskarlıq və nəticəyönümlülük.
Üstünlük hesab olunur
Beynəlxalq layihə idarəetmə sertifikatlarının olması;
Biznes proseslərinin təhlili və təkmilləşdirilməsi, proseslərin modelləşdirilməsi üzrə təcrübə;
İT və rəqəmsallaşma layihələrinin idarə olunması üzrə təcrübə;