Strateji idarəetmə üzrə metodoloji sənədlərin formalaşdırılması və yeni çağırışlara uyğunluğunun təmin edilməsi prosesində iştirak etmək;
Milli strategiya və dövlət proqramları üzrə aidiyyəti tədbirlərin planlaşdırılması prosesində qurumdaxili və dövlət qurumları ilə kommunikasiya və koordinasiyanı həyata keçirmək;
Milli strategiya və dövlət proqramları üzrə qurumun icraçı olduğu tədbirlərin icrası üzrə monitorinq və hesabatlıq prosesində iştirak etmək;
Dövrü olaraq qurumun strategiyasının formalaşdırılması istiqamətində strateji təhlillərin aparılması və strateji məqsədlərin müəyyən edilməsi prosesində iştirak etmək;
Strateji təşəbbüslərin və fəaliyyətlərin planlaşdırılması, əsas risklərin müəyyən edilməsi, eləcə də strateji təşəbbüslər üzrə təhlillərin aparılması prosesində iştirak etmək;
Strateji təşəbbüslər üzrə Fəaliyyət planlarını hazırlamaq, eləcə də, təşəbbüslərin icrası üzrə koordinasiyanı həyata keçirmək;
Strateji idarəetmə istiqamətində yeniliklərlə bağlı müxtəlif araşdırmalar və təhlillər aparmaq;
Namizədə tələblər
Strateji idarəetmə və biznes strategiyasının hazırlanması üzrə praktiki biliklər;
Layihələrin idarə edilməsi metodologiyaları üzrə praktiki biliklər;
Maliyyə və iqtisadi təhlil üzrə baza bilikləri;
Analitik təhlil, məlumatların şərhi və hesabatların hazırlanması üzrə bacarıqlar;
Təqdimatların hazırlanması və peşəkar yazılı kommunikasiya üzrə bacarıqlar.
İş qrafiki: Həftənin 5 günü (08:00-17:00 və ya 09:00-18:00).