Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Personal Assistant (AI istiqamətli) vakansiyası elan edir.
Bu vəzifə ənənəvi assistentlik funksiyalarından daha genişdir. Namizədin əsas missiyası rəhbərin iş proseslərini optimallaşdırmaq, qərarvermə üçün keyfiyyətli məlumat və analitik materiallar hazırlamaq, yeni imkanları müəyyənləşdirmək və süni intellekt texnologiyalarından istifadə etməklə məhsuldarlığı artırmaqdır.
Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.
Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.
Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.
Hansı özəlliklərə malik olmalıdır?
Personal Assistant və ya oxşar sahədə təcrübə (üstünlükdür)
Müxtəlif mövzular üzrə dərin və sistemli araşdırmalar aparmaq, etibarlı mənbələri müəyyənləşdirmək və məlumatların doğruluğunu yoxlamaq bacarığı
Süni intellekt alətləri ilə işləmə bacarığı
AI agent, automation və ya no-code/low-code platformalar haqqında ilkin anlayış
Task və project idarəetmə platformalarında işləmə bacarığı
Analitik düşüncə və problem həll etmə bacarığı
Araşdırmaların nəticələrini strukturlaşdırılmış hesabatlar, qısa analitik qeydlər və təqdimatlar şəklində təqdim etmək
Məxfi məlumatlarla məsuliyyətli davranmaq və yüksək etibarlılıq nümayiş etdirmək
Namizədə tələblər
Personal Assistant (AI istiqamətli) nə iş görür?
Rəhbərin gündəlik planlaması və təşkilati işlərin idarə olunması
E-mail, görüş və kommunikasiya proseslərinin koordinasiyası
Süni intellekt alətlərindən (ChatGPT, automation tools və s.) istifadə edərək işlərin optimallaşdırılması
Sadə AI agentlərin qurulması və idarə olunması (workflow automation, task automation)
Notion, Google Workspace, Trello və oxşar platformalarda sistemlərin qurulması
Məlumatların toplanması, analiz edilməsi və hesabatların hazırlanması
Rəqəmsal proseslərin avtomatlaşdırılması üçün ideya və həllərin təklif edilməsi
Üstünlük sayılır
Zapier, Make (Integromat), n8n kimi automation alətləri ilə təcrübə
AI agent və prompt engineering bilikləri
Əlavə məlumat
5 günlük iş qrafiki: 10:00 – 19:00
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.