Şirkətin satış proqnozlarına və mövcud sifarişlərinə əsasən aylıq, həftəlik və gündəlik istehsal planlarının hazırlanmasını və icrasına nəzarəti təmin etmək;
İstehsal güclərini, xammal ehtiyatlarını, anbar stoklarını və satış tələbatını nəzərə alaraq optimal istehsal həcmlərini müəyyən etmək;
İstehsal planlarına uyğun xammal və qablaşdırma materiallarına olan tələbatı hesablamaq, satınalma şöbəsinə vaxtında təqdim etmək;
Hazır məhsul və xammal üzrə minimum, maksimum və təhlükəsizlik stok səviyyələrinin müəyyən edilməsini və izlənilməsini təmin etmək;
Artıq istehsalın, stok yığılmasının, məhsul çatışmazlığının və istehsal dayanmasının qarşısını almaq məqsədilə planlama proseslərini optimallaşdırmaq;
Satış proqnozları ilə faktiki satış göstəricilərini müqayisə etmək, kənarlaşmaları təhlil etmək və zəruri düzəlişlər aparmaq;
İstehsal planlarının faktiki icra göstəricilərini gündəlik izləmək, gecikmələrin səbəblərini müəyyən etmək və qabaqlayıcı tədbirlər görmək;
Anbarların mövcud tutumunu və məhsulların dövriyyə sürətini nəzərə alaraq stokların zavodlar və anbarlar üzrə optimal bölüşdürülməsini planlaşdırmaq.
Namizədə tələblər
Təhsil: Ali;
İş təcrübəsi: 3-5 il;
Sertifikatlar: Müvafiq sahə üzrə sertifikatların olması mütləqdir;
Dil bilikləri: Azərbaycan, Rus və İngilis dilləri;
Kompüter bilikləri: MS Ofis proqramları;
Şəxsi keyfiyyətlər:
Güclü analitik və strateji düşünmə qabiliyyəti;
Planlaşdırma, təşkilatçılıq və prioritetləri düzgün müəyyən etmə bacarığı;
Yüksək məsuliyyət hissi və nəticəyönümlü yanaşma;
Operativ qərarvermə və problemləri həll etmə bacarığı.