Şirkət rəhbərliyinin iştirakı ilə keçirilən rəsmi görüş, qəbul, səfər və tədbirlərin protokol və işgüzar etiket qaydalarına uyğun təşkilini və protokol təminatını həyata keçirmək.
Əsas vəzifə və öhdəliklər:
Rəhbərliyin iştirakı ilə keçirilən rəsmi görüş, qəbul, iclas və tədbirlərin protokol təminatını təşkil etmək;
Yerli və xarici qonaqların qarşılanması, müşayiəti və yola salınmasını protokol qaydalarına uyğun həyata keçirmək;
Görüş və tədbirlər üzrə proqram, iştirakçı siyahısı, gündəlik, oturma planı və digər protokol sənədlərini hazırlamaq;
Rəhbərliyin ölkədaxili və xarici səfərlərinin, ezamiyyətlərinin və rəsmi tədbirlərdə iştirakının təşkilində protokol dəstəyi göstərmək;
Qonaqların nəqliyyat, yerləşmə və digər təşkilati-logistik məsələlərini əlaqələndirmək;
Rəsmi sənədlərin, memorandum və müqavilələrin imzalanması mərasimlərinin təşkilində iştirak etmək;
Dəvət, təbrik, təşəkkür, başsağlığı və digər rəsmi yazışmaları hazırlamaq;
Protokol və korporativ hədiyyələrin seçilməsi, hazırlanması və təqdim olunmasını əlaqələndirmək;
Struktur bölmələrinə protokol və işgüzar etiket qaydalarının tətbiqi üzrə dəstək göstərmək.
Namizədə tələblər
Ali təhsil; beynəlxalq münasibətlər, dövlət idarəetməsi, xarici dillər və əlaqəli ixtisaslara üstünlük verilir;
Protokol, beynəlxalq əlaqələr, tədbirlərin təşkili, inzibati idarəetmə və ya əlaqəli sahələrdə minimum 2 il iş təcrübəsi;
Rəhbər şəxslərin iştirakı ilə rəsmi görüş və tədbirlərin təşkilində təcrübə üstünlükdür;
Diplomatik və korporativ protokol, işgüzar etiket və rəsmi ünsiyyət qaydaları üzrə biliklər;
Rəsmi və işgüzar yazışmaların hazırlanması bacarığı;
MS Office proqramlarında sərbəst işləmək bacarığı;
Azərbaycan, ingilis və rus dillərində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
Yüksək təşkilatçılıq, koordinasiya və təqdimat bacarıqları;
Detallara diqqət, operativlik, məsuliyyətlilik və diplomatik ünsiyyət tərzi;
Ezamiyyətlərə və zərurət yarandıqda qeyri-standart iş rejimində çalışmağa hazırlıq.
Biz nə təklif edirik?
Peşəkar və dinamik iş mühiti;
Rəhbərlik səviyyəsində rəsmi görüş və tədbirlərlə işləmək imkanı;