Növbədə çalışan qeydiyyatçı və otel xidmətçilərinin işinə nəzarət edərək xidmətin keyfiyyətli şəkildə icra edilməsinə nail olmaq;
Sistem üzərindən qonaqların qeydiyyatını düzgün və vaxtında aparmaq;
Qonaq tərəfindən şikayət olduğu halda diqqətlə dinləyib, həll etmək və ya problemin aradan qaldırılması məqsədilə aidiyyəti şöbəyə dərhal yönləndirmək;
İşcilərin sorğularına ədalətli şəkildə həll yolları tapmaq;
Şöbədə çalışan əməkdaşların davamiyyətinə, nizam-intizam qaydalarına nəzarət etmək;
İşçilərin standart otel geyim kodeksinə uyğun görünmələrini yoxlamaq;
Ödənişlərin sistemə düzgün şəkildə əlavə edilməsinə nəzarət etmək;
Gələcək olan qonaqların otaqlarını təyin etmək;
Ehtiyac olduğu zaman yeni işçilərin götürülməsi ilə əlaqədar müsahibələr keçirmək.