İşəgötürənin istehsal fəaliyyətində istifadə edilən malların müvafiq xarici ölkələrdə və daxili bazarda satışı barədə araşdırmalar aparır; ən keyfiyyətli və ən ucuz malların satıcılarını müəyyən edir və rəhbərliklə razılaşdırılaraq həmin malların alqı-satqısı və daşınması üzrə müqavilələrin hazırlanması və imzalanmasını təşkil edir;
Apardığı yazışmaların, danışıqların, bağlanan müqavilələrin məxfi saxlanılması üçün zəruri tədbirlər görür; Qanun və digər normativ hüquqi aktlarla, həmçinin əməyin mühafizəsi üzrə qayda və təlimatlarla müəyyən edilən əməyin mühafizəsi tələblərinə riayət edir;
Daxili və xarici tədarükçülərin seçimi və qiymətlərin qiymətləndirilməsi, tədarüklərin keyfiyyətinin qiymətləndirilməsi və yoxlanılması, lazımi keyfiyyətdə, tədarük edilən məhsul və xidmətlərlə vaxtında təmin etmək məqsədilə zəruri sənədləşmələrin aparılması;
Məhsulun keyfiyyətinə və təşkilatda aparılan işlərə ziyan vura biləcək tələblərə cavab verməyən keyfiyyətdə məhsulların tədarükünün qarşısının alınması;
Xarici bazardan (xaricdə olan şirkət və ya müəssisələrdən) satın alınan materiallara, məhsullara dair tələblərin müəyyən edilməsi; Yerli bazarın monitorinqini aparmaq; Bazar üçün əhəmiyyət kəsb edən malların xarici dövlətlərdəki istehsalçılarını tapmaq, istehsalçı fabrikalardan qiymətlərin alınması, maliyyətinin çıxarılması; İstehsalçı fabrika ilə müqavilələrin bağlanması.
Namizədə tələblər
Təhsil: Ali;
İş təcrübəsi: minimum 3 il;
Dil bilikləri: Azərbaycan, İngilis və Rus dilləri;