Red Team və penetrasiya testləri üzrə əməliyyatların planlaşdırılması, prioritetləşdirilməsi və koordinasiyası;
Korporativ sistemlər, şəbəkə infrastrukturu, veb tətbiqlər, daxili sistemlər və Active Directory mühitləri üzrə kompleks təhlükəsizlik testlərinin təşkili və icrası;
Real təhdid modellərinə əsaslanan hücum ssenarilərinin hazırlanması, tətbiqi və nəticələrinin qiymətləndirilməsi;
Red Team əməliyyatları üzrə texniki yanaşmaların, metodologiyaların və test çərçivələrinin formalaşdırılması;
Aşkarlanmış zəifliklərin biznes və texniki təsirinin qiymətləndirilməsi, risklərin prioritetləşdirilməsi və rəhbərliyə təqdim olunması;
Blue Team/SOC komandaları ilə birgə aşkarlama, monitorinq və müdafiə mexanizmlərinin təkmilləşdirilməsi üzrə təşəbbüslərin irəli sürülməsi;
Red Team alətləri, prosesləri və hesabatlılıq standartlarının inkişaf etdirilməsi.
Namizədə tələblər
İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və ya əlaqədar ixtisasları üzrə ali təhsil;
Red Team, penetrasiya testi və offensive security sahəsində dərin praktiki biliklər;
Şəbəkə təhlükəsizliyi, Active Directory, veb tətbiq təhlükəsizliyi, Linux və Windows sistemləri üzrə yüksək səviyyəli texniki biliklər;
MITRE ATT&CK, OWASP Top 10, privilege escalation, lateral movement və müasir hücum texnikaları üzrə bilik;
Texniki hesabatların hazırlanması, nəticələrin rəhbərlik və texniki komandalar üçün aydın təqdim edilməsi bacarığı;
Offensive Security sertifikatlarının olması üstünlükdür.