Tərəfdaşlıq əlaqələrinin qurulması, strateji əməkdaşlıq imkanlarının araşdırılması və mövcud tərəfdaşlıqların inkişaf etdirilməsi istiqamətində çalışacaq peşəkar mütəxəssis axtarılır.
Əsas vəzifə öhdəlikləri
Yeni tərəfdaşlıq imkanlarının müəyyənləşdirilməsi və potensial tərəfdaşların araşdırılması;
Dövlət və özəl sektor nümayəndələri, korporativ şirkətlər və digər təşkilatlarla işgüzar əlaqələrin qurulması;
Strateji əməkdaşlıq təşəbbüslərinin hazırlanması və həyata keçirilməsinin koordinasiyası;
Mövcud tərəfdaşlarla münasibətlərin inkişaf etdirilməsi və uzunmüddətli əməkdaşlığın təmin olunması;
Tərəfdaşlıq layihələri üzrə danışıqların aparılması və əməkdaşlıq şərtlərinin razılaşdırılması;
Bazarın və sektor üzrə tendensiyaların təhlili, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi;
Rəhbərlik üçün hesabatların, təqdimatların və analitik materialların hazırlanması;
Müxtəlif struktur bölmələri ilə əməkdaşlığın koordinasiyası və tərəfdaşlıq hədəflərinin icrasının izlənilməsi.
Namizədə tələblər
Namizədə tələblər
Ali təhsil;
Rus dilini sərbəst bilmək;
İngilis dilini bilmək (B2 səviyyə minimum);
Yüksək səviyyədə kommunikasiya və danışıqlar aparmaq bacarığı;
Analitik düşüncə və biznes imkanlarını qiymətləndirmək bacarığı;
Təqdimat və hesabatların hazırlanması bacarığı;
MS Office proqramları ilə işləmək bacarığı;
Təşəbbüskarlıq, məsuliyyətlilik və nəticəyönümlülük.
Üstünlüklər
Bank, telekommunikasiya, konsaltinq və digər iri korporativ şirkətlərdə iş təcrübəsi;
Strateji tərəfdaşlarla əməkdaşlıq və korporativ layihələrin həyata keçirilməsi təcrübəsi;
Müxtəlif maraqlı tərəflərlə iş və mürəkkəb danışıqların aparılması bacarığı.