İllik fəaliyyət planlarını hazırlanmasında iştirak etmək, müəssisədə məhsul istehsalı üçün tələb olunan ilkin büdcə barədə təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək;
Texnoloji xəritələrin hazırlanması, səpindən məhsul yığımına qədər istehsal proseslərinə nəzarət etmək;
Məhsuldarlığın artırılması və istehsal prosesinin yaxşılaşdırılması üçün təkliflər vermək;
İstehsal prosesləri zamanı təsərrüfatların toxum, gübrə, pestisid, lazımi kənd təsərrüfatı maşın və avadanlıqlarına olan ehtiyacı barədə yuxarı orqanlar qarşısında məsələ qaldırmaq;
Mütamadi olaraq təsərrüfatlarda əkinçilik üzrə monitorinqlər keçirmək, problemləri aşkar etmək, rəhbərliyə hesabat formasında təqdim etmək və onların aradan qaldırılması üçün çevik addımların atılmasını təmin etmək;
Məhsul yığımının vaxtlarını müəyyən etmək, hava şəraiti və təminata uyğun şəkildə planlaşdırmaq və həyata keçirmək;
Torpağın münbitliyinin artırılmasına diqqət yetirilməklə təsərrüfatlarda növbəli əkinçilik sistemlərinin tətbiqi və əkindən əvvəl hər hektardan məhsuldarlıq normalarının müəyyən edilməsi;
Növbəli əkin sxeminin tərtibi, sortların seçimi, səpin normasının müəyyən edilməsi, gübrələrin növləri, onların verilmə vaxtı və tətbiq üsulları və yığım qrafikinin hazırlanması;
Kənd təsərrüfatı fəaliyyətinin nəticələrini sənədləşdirmək və statistik hesabatları hazırlamaq və rəhbərliyə təqdim olunması;
Müəssisənin strateji inkişafına uyğun olaraq modernizasiya və optimallaşdırma layihələrinə rəhbərlik edilməsi.
Namizədə tələblər
Təhsil: Ali təhsil – Aqrar sahədə və ya idarəetmə sahəsində;
Təcrübə: Aqrar sahəsində ən azı 5 il, idarəetmə sahəsində ən azı 2 il təcrübə;
Sertifikatlar: ISO 9001, ISO 45001, ISO 14001 arzuolunandır;
Dil bilikləri: İngilis və Rus dili arzu olunandır;
Pambıq istehsalı sahəsində təcrübəyə üstünlük verilməklə, dənli bitkilərin istehsalı üzrə iş təcrübəsi;
Karantin xarakterli alaqların, xəstəlik və zərərvericilərin yayılmasının qarşısının alınması.