• Hər bir məhkəmə, icra qeydi və icra işi üzrə zəruri sənədləri bankın aidiyyəti struktur bölmələrindən, habelə bankdan kənar qurumlardan əldə etmək, aidiyyatı üzrə təqdim etmək və icrasına effektiv nəzarət etməsi;
• İddia ərizələrinin hazırlanması və sənəd paketi ilə məhkəməyə təqdim edilməsi;
• Fəaliyyət istiqamətinə aid hüquqi bazanın təkmilləşdirilməsi və rəqəmsallaşma çağırışlarına uyğun təkliflər layihəsinin təşəbbüskarı olmaq və müvafiq təkliflərin şöbə rəhbərinə vermə;
• Məhkəmə və icra işləri üzrə səhih hesabatlığın hazırlanmasının təşkili;
• Hər bir məhkəmə və icra işi üzrə bütün məlumatları əhatə edən borclu müştərilərə qarşı olan məhkəmə işlərinin reyestrini aparılması, onların vaxtında yenilənməsi, habelə müvafiq proqram təminatına yenilənən məlumatların daxil edilməsi;
• Məhkəmə işləri ilə bağlı dövlət qurumlarından və publik hüquqi şəxslərdən daxil olan müraciətlərin vaxtında cavablandırılması;
• Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar və s.