İşə qəbul, işdən azad olunma, məzuniyyət və digər kadr əməliyyatları üzrə sənədlərin və əmrlərin hazırlanması;
Əmək müqavilələrinin, əmək müqavilələrinə əlavələrin və şəxsi işlərin hazırlanması, qeydiyyatı və arxivləşdirilməsi;
ƏMAS sistemində əmək müqaviləsi bildirişlərinin vaxtında daxil edilməsi və məlumatların aktuallığının təmin edilməsi;
İşçilərin davamiyyətinin gündəlik izlənilməsi və uçotunun aparılması;
Məzuniyyət balanslarının izlənilməsi və məzuniyyətlərlə bağlı sənədləşmənin aparılması;
Xəstəlik vərəqələrinin, ödənişsiz məzuniyyətlərin və digər işburaxma hallarının qeydiyyatı və idarə edilməsi;
ƏMAS, E-Sosial, DƏMX, İSB və digər dövlət elektron sistemləri ilə işləmək, daxil olan sorğuları cavablandırmaq və məlumatların düzgünlüyünə nəzarət etmək;
Daxili əmrlərin, arayışların və digər HR sənədlərinin hazırlanması;
Kadr uçotu və HR inzibatçılığı üzrə hesabatların hazırlanması;
Kadr kargüzarlığının düzgün və vaxtında aparılmasının təmin edilməsi
Namizədə tələblər
Ali təhsil; İnsan Resursları, Hüquq, Menecment, Psixologiya, Sosiologiya və əlaqəli ixtisaslara üstünlük verilir;
İnsan Resursları sahəsində ən azı 2 il iş təcrübəsi;
Retail sahəsində iş təcrübəsi üstünlükdür;
Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə yüksək səviyyədə bilik;
ƏMAS və digər dövlət elektron portalları ilə işləmə bacarığı;
Kadr kargüzarlığı və HR inzibatçılığı üzrə praktiki biliklər;
1C (8.2/8.3) proqramı üzrə yaxşı səviyyədə bilik;
MS Excel proqramında yüksək səviyyədə bilik — Pivot cədvəlləri, formulalar və digər funksiyalarla işləmə bacarığı;
Azərbaycan dilində səlis danışıq və yazılı ünsiyyət bacarığı;
Rus və ya ingilis dillərindən ən azı birində sərbəst səviyyədə danışıq və yazılı ünsiyyət bacarığı;
Yüksək diqqətlilik, məsuliyyətlilik və analitik düşüncə;
Güclü yazılı və şifahi ünsiyyət bacarığı;
Müxtəlif xarakterli insanlarla düzgün və peşəkar ünsiyyət qurmaq bacarığı;
Konfliktli vəziyyətləri düzgün idarə etmək və işgüzar münasibətləri qorumaq bacarığı;
Dinamik iş mühitində işləməyə, aktiv iş tempinə uyğunlaşmağa və yüksək iş yükünü idarə etməyə hazır olmaq;
Daxil olan sorğulara və iş tapşırıqlarına operativ şəkildə geri dönüş etmək bacarığı;
Komandada işləmək bacarığı.
Biz nə təklif edirik?
Rəqabətli əmək haqqı və performansa əsaslanan motivasiya imkanları;
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
Dinamik və müasir iş mühiti;
Müasir və rahat ofis şəraiti;
Peşəkar və əməkdaşlığa əsaslanan komanda mühiti;
Yeni bilik və bacarıqların inkişaf etdirilməsi üçün imkanlar;
Böyük və dinamik şirkət mühitində müxtəlif HR layihələrində iştirak imkanı.
İş şəraiti:
İş qrafiki: I–V günlər, 09:00–18:00;
İş yeri: Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 3G, Red Plaza.
Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.