Əmək müqavilələrinin ƏMAS sistemində qeydiyyata alınması və yenilənməsi
Əmək müqavilələrinin bağlanması, müqavilələrə dəyişiklik, əmək müqaviləsinə xitam üzrə sənədləşməni aparılması;
İşçilərin davamiyyətinin dəqiq və vaxtında aparılması, nəzarətdə saxlanılması;
İş vaxtının uçotu cədvəllərinin (tabel) hazırlanması və düzgünlüyünün yoxlanılması;
Ezamiyyət, məzuniyyət əməliyyatlarını əmək qanunvericiliyinə uyğun şəkildə icrası;
İşçilərin illik, sosial, ödənişsiz və digər məzuniyyət növləri üzrə müraciətlərinin qəbulu, yoxlanılması və əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilməsi;
Məzuniyyət qrafikinin hazırlanması və izlənilməsi, istifadə edilmiş və qalıq məzuniyyət günlərinin uçotunun aparılması, müvafiq məlumatların sistemdə vaxtında yenilənməsi.
Xəstəlik vərəqələrinin düzgünlüyünün yoxlanılması, qeydiyyatının aparılması və sənədləşdirilməsi;
İşçilərlə bağlı əmrlər, müqavilələr, razılaşmalar və digər sənədlərin hazırlanması, təsdiq prosesinin izlənməsi;
İntizam xətaları ilə bağlı daxil olan müraciətlərin araşdırılması və müvafiq qaydada sənədləşdirilməsi;
İşçilərə dair məlumatların dəqiq və aktual vəziyyətdə saxlanılması;
Namizədə tələblər
Ali təhsil (İnsan Resursları, İqtisadiyyat, İdarəetmə və ya əlaqəli sahələr);
Sahə üzrə minimum 2 il iş təcrübəsi;
MS Office proqramları (xüsusilə Word, Excel və Outlook) ilə yaxşı səviyyədə işləmək bacarığı;
1C 8.3, ƏMAS, İSB sistemləri ilə iş təcrübəsi;
Yaxşı səviyyədə ünsiyyət qurmaq, problemləri həll etmək və komanda ilə işləmək bacarığı;
İşdə dəqiqlik, məsuliyyətlilik və detallara diqqət;
Eyni anda bir neçə tapşırığı idarəetmə və vaxtında icraetmə bacarığı;
Rəhbərlik və digər şöbələrlə səmərəli əməkdaşlıq qurmaq bacarığı;