Vakansiya: B2B Satış Mütəxəssisi | CRM və Biznes Proqramları
Satış etməyi bacarırsan? İnsanlarla ünsiyyəti sevirsən? Daha çox qazanc və karyera yüksəlişi istəyirsən?
O zaman komandamızda sənin üçün yer var!
İnnovasiya Soft MMC olaraq bizneslərin rəqəmsallaşmasına kömək edən CRM və proqram təminatı həllərimizin satışı üçün enerjili, iddialı və nəticəyönümlü komanda yoldaşları axtarırıq!
Bank olmayan kredit təşkilatları (BOKT), lizinq, lombard, ticarət, anbar, satış və xidmət sektorlarında fəaliyyət göstərən şirkətlərlə işləmək fürsətin olacaq.
SƏNƏ NƏ TƏKLİF EDİRİK?
- Rəqabətli sabit əmək haqqı + yüksək satış bonusları
- Qazancını satış nəticələrinlə artırmaq imkanı
- Bakı şəhərinin mərkəzində müasir və rahat ofis
- Ödənişli sınaq müddəti
- Peşəkar inkişaf və karyera yüksəlişi
- Dinamik, gənc və yeniliklərə açıq komanda
- Satış və məhsul üzrə biliklərini inkişaf etdirmək imkanı
- Rəsmi əmək müqaviləsi
İş qrafiki: 10:00–18:00, həftə içi 5 gün. Şənbə növbəli, qısa iş günüdür.
Namizədə tələblər
SƏNDƏN NƏ GÖZLƏYİRİK?
- Aktiv şəkildə yeni korporativ müştərilər tapmaq və cəlb etmək
- Müştərilərin biznes ehtiyaclarını anlamaq və uyğun proqram həllərini təqdim etmək
- Görüşlər, danışıqlar və məhsul təqdimatları keçirmək
- Kommersiya təklifləri hazırlamaq və satışları müqaviləyə çevirmək
- Müştərilərlə uzunmüddətli əməkdaşlıq qurmaq
KİMLƏRİ AXTARIRIQ?
- Satışa həvəsi, güclü ünsiyyət və inandırma bacarığı olan şəxsləri
- Nəticəyə fokuslanan, təşəbbüskar və aktiv namizədləri
- B2B satışda 1–2 il təcrübəsi olanlara üstünlük verilir
- CRM, ERP, SaaS və ya IT məhsullarının satış təcrübəsi əlavə üstünlükdür
- Rus və ya ingilis dili biliyi üstünlükdür
- İqtisadiyyat, biznes, IT və marketinq üzrə təhsil arzuolunandır
Əsas olan yalnız diplomun və iş stajın deyil — satış potensialın, öyrənmək istəyin və nəticə göstərmək bacarığındır!
NECƏ MÜRACİƏT ETMƏLİ?
Mövzu: B2B satış üzrə mütəxəssis
Telefon: 055 120 30 30
Ünvan: Bakı, Füzuli küçəsi 47, Füzuli Residence, 5-ci mərtəbə. Heydər Əliyev Sarayının yanı, 28 May və Nizami metrolarına yaxın.
İnnovasiya Soft — texnologiyanı biznesə, satış bacarığını uğura çevir!