Agentliyin icraçısı olduğu dövlət proqramlarının icrasını, təqibini və əlaqələndirilməsini təmin etmək, monitorinqini aparmaq;
Agentliyin fəaliyyət istiqamətləri üzrə dövlət proqramlarının layihələrinin, tədbirlər planının və normativ-hüquqi bazanın təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq;
Dövlət proqramlarının və layihələrin nəticələrini ölçmək, təhlil etmək, mütəmadi hesabatlar, təqdimatlar, PR materialları və məqalələr hazırlamaq;
Agentlik daxilində və xaricində həyata keçirilən layihələrin əlaqələndirilməsində yaxından iştirak etmək, müxtəlif tərəfdaşlarla səmərəli işbirliyi qurmaq;
Agentliyin strateji planlarının, şöbə tərəfindən hazırlanan plan və sənədlərin tərtibinə töhfə vermək;
Aidiyyəti üzrə daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunlarına uyğun olaraq müəyyən olunmuş müddətdə baxmaq və əsaslandırılmış cavablar hazırlamaq.
Namizədə tələblər
Ali təhsil (İqtisadiyyat, İdarəetmə, Hüquq, Dövlət və bələdiyyə idarəetməsi və ya müvafiq digər sahələr üzrə);
Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
Dil bilikləri:
Azərbaycan dili – sərbəst;
İngilis dili – yaxşı;
Rus dili – orta.
MS Office (Excel, Word) proqramları ilə sərbəst işləmək bacarığı;
Yüksək səviyyədə analitik düşüncə və təhlil etmə qabiliyyəti;
Müxtəlif tərəfdaşlarla işləmək və güclü yazılı/şifahi ünsiyyət bacarıqları;
Təqdimatların, hesabatların və analitik sənədlərin peşəkar səviyyədə hazırlanması təcrübəsi.
PMP və ya digər beynəlxalq layihə idarəetməsi sertifikatlarının olması (üstünlükdür);
Dövlət proqramlarının idarə edilməsi və əlaqələndirilməsi üzrə praktiki təcrübənin olması (üstünlükdür).