• Qurum əməkdaşlarından telefon, e-poçt, ITSM platforması və self-service portal vasitəsilə daxil olan insident və xidmət sorğularının qəbul edilməsi, qeydiyyata alınması, kateqoriyalaşdırılması və prioritetləşdirilməsi;
• Birinci səviyyədə (L1) həll olunmayan insidentlər üzrə ikinci səviyyə (L2) texniki dəstəyin göstərilməsi və təyin olunmuş sorğuların SLA müddətləri çərçivəsində həll edilib bağlanması;
• Həll edilməyən insidentlərin prosedur qaydalara uyğun olaraq üçüncü səviyyəyə (L3) və ya aidiyyəti şöbələrə eskalasiya edilməsi;
• Fərdi kompüterlərin, printerlərin, skanerlərin və digər ofis avadanlıqlarının, əməliyyat sistemlərinin, drayverlərin və proqram təminatının quraşdırılması, konfiqurasiyası və texniki dəstəyi;
• Avadanlıq nasazlıqlarının yerində diaqnostikası və bərpası, zəmanət və ya servis müqaviləsi çərçivəsində təmirlər üzrə servis təşkilatları ilə koordinasiya;
• Yeni iş yerlərinin hazırlanması, mövcud iş yerlərinin köçürülməsi və planlı profilaktik texniki xidmət işlərinin yerinə yetirilməsi;
• Lokal şəbəkə və internet bağlantısı problemlərinin ilkin diaqnostikası (IP konfiqurasiyası, DNS, DHCP) və zərurət olduqda aidiyyəti şöbəyə ötürülməsi, VPN və uzaqdan giriş xidmətləri üzrə istifadəçilərə dəstək;
• İstifadəçi hesablarının (Active Directory, MFA) yaradılması, idarə edilməsi və işdən çıxan əməkdaşların hesablarının bağlanması, təsdiq edilmiş müraciət əsasında hüquqların verilməsi/geri alınması;
• Məlumat təhlükəsizliyi siyasətlərinə riayət edilməsi və aşkar olunan pozuntular barədə aidiyyəti struktur bölməsinə məlumat verilməsi;
• Ofis avadanlıqlarının inventarlaşmasında iştirak, CMDB və ya ITAM sistemində məlumatların daxil edilməsi və yenilənməsi, avadanlıq və hissələrin akt əsasında anbara təhvil-təslimi;
• Sərfiyyat materiallarının (kartric, toner və s.) vaxtında yenilənməsi üçün təchizat şöbəsi ilə koordinasiya aparılması;
• Həll yollarının bilik bazasına (Knowledge Base) daxil edilməsi, texniki təlimatların və istifadəçi bələdçilərinin hazırlanması;
• Aylıq insident statistikası, SLA performansı və avadanlıq vəziyyəti üzrə hesabatların hazırlanmasında iştirak edilməsi;
• Təkrarlanan insidentlərin müəyyən edilməsi və kök səbəb təhlili (Root Cause Analysis) prosesində iştirak edilməsi;
• Yeni əməkdaşların İT onboarding prosesinin həyata keçirilməsi, əməkdaşlara ofis proqramları və informasiya təhlükəsizliyi qaydaları üzrə qısa təlimatların verilməsi;
• Vəzifə səlahiyyətləri çərçivəsində şöbə müdiri tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Namizədə tələblər
İnformasiya texnologiyaları və ya texniki ixtisas üzrə ali təhsil;
İT texniki dəstək sahəsində minimum 2 il iş təcrübəsi;
Windows və Linix əməliyyat sistemləri üzrə bilik;
Active Directory, GPO, DNS, DHCP, TCP/IP üzrə təcrübə;
ITSM alətləri (Jira, ServiceNow və ya analoqu) ilə iş təcrübəsi;
Ofis avadanlıqlarının (PC, printer, skaner) quraşdırılması, diaqnostikası və təmiri üzrə praktiki bilik;
VPN və uzaqdan giriş texnologiyaları üzrə praktiki bilik;
Monitorinq alətləri ilə iş təcrübəsi (üstünlük);
ITIL 4/ITIL 5 sertifikatı və ya müvafiq bilik (üstünlük);
Azərbaycan dilində sərbəst şifahi və yazılı ünsiyyət bacarığı, ingilis dili (texniki sənədləri oxumaq səviyyəsində);
İstifadəçilərlə effektiv ünsiyyət, analitik düşüncə və problem həll etmə bacarığı;