Kontakt Home komandamıza peşəkar komanda üzvü axtarırıq.
Vəzifə öhdəlikləri:
Magento 2 əsasında e-commerce platformasının backend hissəsinin inkişafına rəhbərlik edilməsi;
Arxitektura həllərinin hazırlanması və qəbul edilməsi, sistemin genişlənə bilən və rahat dəstəklənən olmasının təmin edilməsi;
ERP, CRM, ödəniş və digər xarici sistemlərlə inteqrasiyalarının layihələndirilməsi və həyata keçirilməsi;
REST API və GraphQL-in hazırlanması və genişləndirilməsi;
Tətbiqin, SQL sorğularının və API-nin performansının analiz edilməsi və optimallaşdırılması;
Code review aparılması, komandada kod keyfiyyətinin və texniki standartların formalaşdırılması;
Komanda üzvlərinə texniki dəstək və mentorluq edilməsi;
Tapşırıqların qiymətləndirilməsi, texniki risklərin müəyyən edilməsi və komanda daxilində işin bölüşdürülməsi;
Mürəkkəb texniki problemlərin araşdırılması və effektiv həllərın tapılması;
Biznes və məhsul komandaları ilə birlikdə tələblərin müzakirə edilməsi və texniki həllərə çevrilməsi.
Namizədə tələblər
Namizədə tələblər:
Əsas tələblər PHP üzrə ən azı 3 il Backend təcrübəsi. PHP 8.x, Composer, PSR standartları və müasir development yanaşmalarını yaxşı bilmək;
Magento 2 və ya PHP framework-lərindən biri ilə iş təcrübəsi: Symfony, Laravel, Laminas (Zend). OOP, SOLID prinsipləri və əsas dizayn pattern-lərini (Design Patterns) yaxşı başa düşmək;
Dependency Injection, event-driven arxitektura (Events / Observers) və ORM-in iş prinsiplərini başa düşmək;
REST API / GraphQL hazırlanması və inteqrasiyası təcrübəsi;
MySQL ilə sərbəst işləmək: SQL sorğuları, JOIN, indekslər, sorğuların optimallaşdırılması;
EXPLAIN. Keşləmə prinsiplərini başa düşmək və Redis və ya oxşar sistemlərlə iş təcrübəsi;
Git və Docker-dən praktiki istifadə təcrübəsi;
Linux üzrə əsas bilik və bacarıqlar;
Mövcud kodu araşdırmaq, xətaların səbəbini tapmaq və texniki həllər təklif etmək bacarığı;
Azərbaycan və rus dillərini bilmək, ingilis dilini texniki sənədləri oxumaq səviyyəsində bilmək;
Symfony, Laravel və ya Laminas təcrübəsi olan güclü PHP developerlərin namizədliyini də nəzərdən keçiririk və Magento 2-ni öyrənməkdə dəstək oluruq;
Üstünlük sayılacaq Magento 2 / Adobe Commerce üzrə iş təcrübəsi;
Magento arxitekturasını bilmək;
DI, Plugins, Observers, EAV, Indexers, Cron, Cache, UI Components. Magento-da GraphQL Resolver-lərin hazırlanması və API-nin genişləndirilməsi təcrübəsi;
Adobe Commerce Developer sertifikatının olması. E-commerce proseslərini başa düşmək: kataloq, səbət, checkout, sifarişlər, ödənişlər, endirimlər. Digər e-commerce platformaları ilə təcrübə;
Shopware, WooCommerce, OpenCart, PrestaShop, Sylius. ERP, CRM və ödəniş sistemləri ilə inteqrasiya təcrübəsi;
RabbitMQ və ya digər message broker-lərlə iş təcrübəsi.
Elasticsearch / OpenSearch, ElasticSuite ilə iş təcrübəsi;
Varnish və Cloudflare-dən istifadə təcrübəsi. Nginx və PHP-FPM konfiqurasiyasını başa düşmək;
Kubernetes və CI/CD-nin iş prinsiplərini başa düşmək;
Yüksək yüklənmiş sistemlər və böyük verilənlər bazaları ilə iş təcrübəsi;
JavaScript, React, HTML, XML üzrə əsas biliklər.
Biz nə təklif edirik?
Rəqabətli əmək haqqı və performansa əsaslanan motivasiya imkanları;
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
Dinamik və müasir iş mühiti;
Peşəkar və əməkdaşlığa əsaslanan komanda mühiti;
Yeni bilik və bacarıqların inkişaf etdirilməsi üçün imkanlar.
Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.