Araşdırma – Daxil olan müraciətlər, qüsur aktları, sifarişlər, texniki nasazlıqlar, qiymət araşdırmaları, yanacaq sərfiyyatı, iş yükü və digər aidiyyəti məsələlər üzrə araşdırmaların aparılması, səbəblərin müəyyən edilməsi və əsaslandırılmış rəyin hazırlanması.
Reyd – Nəqliyyat vasitələri, xüsusi texnikalar, anbarlar, istehsal sahələri və digər struktur bölmələrdə operativ reydlərin keçirilməsi, faktiki vəziyyətin yerində yoxlanılması, uyğunsuzluqların müəyyən edilməsi və nəticələrin sənədləşdirilməsi.
Müraciət və sənədlərin araşdırılması – Daxil olan müraciət, qüsur aktı, sifariş və digər aidiyyəti sənədlərin qəbul edilməsi, yoxlanılması və qeydiyyata alınması.
Texniki araşdırma – Nəqliyyat vasitələri, xüsusi texnikalar və avadanlıqlar üzrə qüsurların araşdırılması, texniki vəziyyətin qiymətləndirilməsi və rəyin hazırlanması.
Qiymət araşdırması – Mal-material və xidmətlər üzrə bazar qiymətlərinin araşdırılması, müqayisəli təhlilin aparılması və əsaslandırılmış rəyin təqdim edilməsi.
Yanacaq sərfiyyatının təhlili – Nəqliyyat vasitələri və xüsusi texnikalar üzrə yanacaq sərfiyyatı göstəricilərinin yoxlanması, təhlil edilməsi və nəticələr üzrə rəyin hazırlanması.
İş yükünün təhlili – Əməkdaşların iş yükünün hesablanması, düzgünlüyünün yoxlanılması və nəticələrin qiymətləndirilməsi.
Sənədlərin yoxlanılması – Qüsur aktları, sifarişlər və digər aidiyyəti sənədlərin yoxlanılması, təsdiq üçün rəy və təkliflərin hazırlanması.
Hesabatlılıq – Aparılmış araşdırma və reydlərin nəticələri üzrə hesabatların hazırlanması, təhlillərin aparılması və rəhbərliyə təqdim edilməsi.
Uyğunsuzluqların aradan qaldırılması – Müəyyən edilmiş çatışmazlıqlar üzrə təkliflərin hazırlanması, tədbirlərin görülməsinə və icrasına nəzarət edilməsi.
Xüsusi tapşırıqlar – Rəhbərlik tərəfindən verilmiş yoxlama, araşdırma və nəzarət xarakterli xüsusi tapşırıqların icra edilməsi.
Namizədə tələblər
Təhsil: Ali
İş təcrübəsi: min 2 il (Nəqliyyat sahəsi üzrə təcrübəsi olan auditorlara üstünlük verilir.)