Bankın səlahiyyətlərində olan və açıq mənbəələrdən istifadə edərək kredit bölməsinindən əldə olunmuş məlumatların təhlil və məlumatların yoxlanılması yolu ilə qərəzsiz olaraq risklərin müəyyən edilməsi;
Müştərilərin kredit müraciətlərinin anderraytinqi – Bankın daxili normativ sənədlərinə uyğun olaraq müştərilərin kredit müraciətlərinin əsaslandırılmış maliyyə göstəricilərini hazırlamaq və qərarın hazırlanmasında iştirak etmək;
Kredit portfelinin təhlili və monitorinqi;
Biznes müştərilərinin kredit müraciətləri ilə bağlı Mərkəzləşdirilmiş kredit reyestri ilə qarşılıqlı əlaqənin həyata keçirilməsi;
Kredit risklərinin minimallaşdırılması məqsədilə korporativ kredit məhsullarının icrasının keyfiyyətinə və tətbiqinə nəzarət;
Hesabatlıqların hazırlanması.
Namizədə tələblər
Ali təhsil;
Kreditlərin verilməsi və Anderraytinq üzrə minimum 2 il iş təcrübəsi;
Ünsiyyət qurmaq bacarığı;
Məsuliyyətli və dəqiq olmaq;
Riyazi biliklər;
Komandada işləmək bacarığı.
Biz Sizə nə təklif edirik:
Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
Könüllü tibbi sığorta proqramına qoşulma;
Müasir idarəetmə sistemi və mehriban kollektiv.
QEYD: İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaqdır.