Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkil edilməsi;
Mühasibatlıq modulu üzrə gündəlik əməliyyatların daxili proqrama daxil edilməsi;
Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət edilməsi;
Əsas vəsaitlərin uçotunun aparılması, amortizasiya hesablanması və qalıq dəyərlərinin müəyyən edilməsi;
Mal-materialların,əsas vəsaitlərin hərəkətinə nəzarət edilməsi, onların mühasibat standartalarına uyğun uçotunun təmin edilməsi;
Mal və materialların, digər qiymətlilərin inventarizasiyasında iştirak edilməsi, qalıqlar ilə bağlı düzəlişlərin proqram təminatında icrasının həyata keçirilməsi;
İstehsalatda baş verən maliyyə əməliyyatlarının (xammal alışları, istehsalat xərcləri, əmək haqları və s.) düzgün uçotunu aparmaq;
Xammal, material və məhsul dövriyyəsini izləmək və müvafiq hesabatları hazırlamaq;
İstehsalatda baş verən birbaşa və dolayı xərclərin uçotunu aparmaq və hesabatlara daxil etmək;
İstehsalat prosesində hər bir məhsulun maya dəyərinin hesablanmasını təmin etmək;
Xammal, əməyin dəyəri, enerji və digər istehsalat xərclərini nəzərə alaraq məhsulun faktiki maya dəyərini müəyyənləşdirmək;
Maya dəyərinin təhlili əsasında istehsal prosesində səmərəsiz xərclərin müəyyənləşdirilməsi və azaldılması üzrə təkliflər vermək;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi;
Namizədə tələblər
Təhsil: Ali;
İş təcrübəsi: 3-5 il;
Dil bilikləri: Azərbaycan və Rus dilləri səlis, (İngilis dilləri arzuolunandır);
Kompüter bilikləri: MS Ofis (Excel, Word, Outlook) və 1C 8.3;
Sertifikatlar: ACCA sertifikatlarının olması üstünlükdür;
İş şəraiti:
İş qrafiki: 5 gün, saat 09:00-18:00;
İstirahət: Şənbə və Bazar;
İş yeri: Luxen Plaza (Xətai prospekti 34, 12-ci mərtəbə).