IFRS standartlarının şirkət üzrə düzgün tətbiqini və maliyyə hesabatlarının müvafiq tələblərə uyğun hazırlanmasını təmin etmək;
Şirkətin mövcud və yeni əməliyyatlarını beynəlxalq maliyyə hesabatlılığı standartları baxımından qiymətləndirmək və müvafiq mühasibat uçotu yanaşmasını müəyyən etmək;
Aylıq, rüblük və illik maliyyə hesabatlarının bağlanışı prosesləri çərçivəsində tələb olunan hesablamaları, üzləşdirmələri və düzəlişləri hazırlamaq;
IFRS üzrə tam maliyyə hesabatları paketinin — Maliyyə vəziyyəti haqqında hesabat, Mənfəət və zərər haqqında hesabat, Pul vəsaitlərinin hərəkəti haqqında hesabat, Kapitalda dəyişikliklər haqqında hesabat və müvafiq açıqlamaların hazırlanmasında iştirak etmək;
Xarici audit prosesində şirkət tərəfindən əsas əlaqələndirici şəxs kimi çıxış etmək və audit prosesinin başdan sona əlaqələndirilməsinə dəstək göstərmək;
IFRS standartlarında baş verən dəyişiklikləri mütəmadi izləmək, onların şirkətin fəaliyyətinə mümkün təsirlərini qiymətləndirmək və tələb olunan dəyişikliklərin tətbiqini təmin etmək;
Maliyyə məlumatlarının üzləşdirilməsi, əlavə hesablama cədvəlləri, mühasibat uçotu üzrə izahatlar və digər audit və maliyyə hesabatlılığı üzrə işçi sənədlərini hazırlamaq;
Maliyyə hesabatlarının hazırlanması və audit proseslərində mövcud boşluqları müəyyən etmək, proseslərin təkmilləşdirilməsi və avtomatlaşdırılması ilə bağlı təkliflər vermək;
Maliyyə hesabatlılığı üzrə məlumatların düzgünlüyünü, tamlığını və vaxtında təqdim olunmasını təmin etmək.
Namizədə tələblər
Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli ixtisas üzrə ali təhsil;
ACCA FR və ya DipIFR kvalifikasiyası üstünlükdür.
Maliyyə hesabatlılığı, IFRS və/və ya audit sahəsində minimum 2–3 il müvafiq iş təcrübəsi;
Big Four audit təcrübəsi və ya istehsal sektorunda IFRS hesabatlılığı üzrə praktiki təcrübə üstünlükdür;
IFRS standartları üzrə yüksək səviyyədə nəzəri və praktiki biliklər;
MS Office, xüsusilə Excel proqramından yüksək səviyyədə istifadə bacarığı;
Böyük həcmli maliyyə məlumatları ilə işləmək və məlumatları təhlil etmək bacarığı;
Güclü analitik və tənqidi düşünmə qabiliyyəti;
Maliyyə hesabatlarını və accounting məlumatlarını təhlil etmək bacarığı;
Maliyyə məlumatlarının üzləşdirilməsi, düzəlişlərin aparılması və əlavə hesablama cədvəllərinin hazırlanması bacarığı;
Detallara yüksək diqqət və dəqiqlik;
Güclü problem həll etmə və qərarvermə bacarığı;
Vaxtın düzgün idarə edilməsi və son tarixlərə riayət etmək bacarığı;
Komandada işləmək və müxtəlif struktur bölmələrlə effektiv əməkdaşlıq etmək bacarığı;
İngilis dili üzrə IFRS standartları, audit sorğuları və peşəkar sənədlərlə sərbəst işləyə biləcək səviyyədə bilik;
Azərbaycan dilini yaxşı səviyyədə bilmək; rus dilini bilmək üstünlükdür.