Kredit qərarlarının bankın kredit siyasətinə və risklərin idarə edilməsi çərçivəsinə uyğunluğunu təmin etmək üçün Müştəri Menecerləri, Kredit Riskinin Anderraytinqi və Risklərin İdarəedilməsi komandaları ilə əməkdaşlıq etmək;
Müştərilərin gələcək maliyyə performansını və borc tutumunu proqnozlaşdırmaq üçün nağd pul axını (cash flow) modellərini və DCF qiymətləndirmələrini hazırlamaq;
Müştərilərin kredit qabiliyyətini, maliyyə hesabatlarını (Balans, M&Z, Nağd pul axını), kredit tarixçələrini və sənaye trendlərini təhlil etmək, daxili risk reytinqlərini (grading) təyin etmək;
Təyin olunmuş müştəri portfelinin maliyyə vəziyyətini, likvidlik göstəricilərini və kovenantlara əməl olunmasını davamlı izləmək;
Müştərilərin ehtiyaclarını müəyyənləşdirmək və müstəqil olaraq kredit strukturu və müştəriyə uyğun optimal məhsul qarışığına qərar verilməsinə dəstək olmaq;
Bazar trendlərini, iqtisadi mühit dəyişikliklərini və qanunvericilik tələblərini izləyərək erkən xəbərdarlıq (early-warning) siqnallarını müəyyən etmək;
Agile yanaşma ilə çalışan sənaye qruplarında (squad) aktiv iştirak etmək və müəyyən edilmiş hədəflərə birgə nail olmaq;
Kredit risk anderraytinqi və sonrakı mərhələlərdə müvafiq komitələrdə təsdiqini tapmaq üçün limitlər və kredit təkliflərini hazırlayıb Kredit Komitəsinə təqdim etmək;
Şöbədaxili proseslərin təkmilləşdirilməsi və əməliyyat səmərəliliyinin artırılması üçün SQL, Power BI və AI/LLM əsaslı layihələrin hazırlanmasında və tətbiqində proaktiv iştirak etmək;
Baş Kredit Analitikinə analitik dəstək göstərmək, məlumatların toplanmasında və ilkin hesabatların hazırlanmasında iştirak etmək;
Kredit və limitlərin öncədən təyin edilmiş limitlər və məqsədlər çərçivəsində istifadəsinə nəzarət etmək və müştərilərə verilən limitlərin vaxtında yenilənməsini təmin etmək;
Kredit müqavilələri və digər bank məhsulları üzrə hüquqi sənədləşməni nəzərdən keçirmək, bütün fəaliyyətin KYC və Komplayns qaydalarına uyğunluğunu təmin etmək;
Bankın maraqlarını üstün tutmaq, komplayns siyasəti və etik davranış qaydalarına riayət etmək;
Bankın Təşkilati Risklərin İdarəedilməsi siyasətinə əməl etmək, iş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib lazımi addımları atmaq.
Namizədə tələblər
Maliyyə, İqtisadiyyat və ya əlaqəli ixtisaslar üzrə bakalavr və ya magistr təhsili;
Bank, kredit təhlili və ya maliyyə sahəsində 2+ il iş təcrübəsi;
IFRS, xüsusilə IFRS 9, maliyyə hesabatlarının təhlili və maliyyə modelləşdirilməsi (Cash Flow, DCF) üzrə biliklər;
CFA sertifikatı və ya CFA proqramında iştirak üstünlükdür;
Azərbaycan, ingilis dillərində yaxşı səviyyədə ünsiyyət bacarığı; rus dili arzuolunandır;
MS Excel üzrə yüksək səviyyədə bilik; SQL və Power BI üstünlükdür;
Bank məhsulları, Azərbaycan bank sektoru və CBAR tələbləri üzrə məlumatlılıq;
Güclü analitik düşüncə, detallara diqqət, komanda ilə işləmək və yüksək məsuliyyət hissi.