Rəqəmsal məhsul, xidmət və həllər üzrə biznes tələblərin və əlaqəli sistemlərin funksional tələblərin təhlili;
Rəqəmsal məhsul və xidmətlərin yaradılması üçün mövcud biznes proseslərin təhlili, texnologiyanın çalışması üçün yeni biznes proseslərə və köməkçi komponentlərə dair tələblərin müəyyənləşdirilməsi;
Biznes tələblərin əsasında proqramlaşdırma, IT komandaları və kənar proqram təminatçıların işi üçün izahlı texniki tapşırıqların yazılması;
Mobil və internet tətbiqlər daxilində bank məhsullarının (kreditlər, kartlar, hesablar, depozitlər, köçürmələr və s.) işləmə məntiqinin, o cümlədən inteqrasiya axınlarının (API) və xəta ssenarilərinin təsvir edilməsi;
Yaradılacaq həllin dizaynını və arxitekturasını informasiya təhlükəsizliyi, komplayens və risk komandaları ilə birgə nəzərdən keçirilməsi və razılaşdırılması;
Reallaşdırılmış funksionalın yazılmış texniki tapşırığa uyğunluğunu nəzərdən keçirilməsi və istifadəçi sınaqlarında (UAT) iştirak edilməsi;
· Xətaların, biznes proseslərdə və funksionallıqlarda boşluqların müəyyənləşdirilməsi və aradan qaldırılması üçün tətbirlərin görülməsi;
Məhsul və xidmətlərdə mürəkkəb çətinliklərin araşdırılması;
"Neqativ ssenariləri" öncədən müəyyənləşdirmək və tələblərdə əks etdirmək;
Namizədə tələblər
Ali magistr təhsili;
Əmanət, kredit, hesab və ödənişlər kimi ənənəvi pərakəndə və korporativ bank məhsulları,müştəriyə bu məhsullar üzrə göstərilən xidmətləri barədə dərin biliklər;
Rəqəmsal maliyyə texnologiyaları, mobil tətbiqlərin və onların işləmə məntiqləri üzrə biliklərə sahib olmaq;
Bank və ya digər maliyyə sahələrinin(sığorta, investisiya, fintech) xidmət və rəqəmsal həlləri üzrə təcrübəyə sahib olmaq;
Rəqəmsal məhsulun ümumi mənzərəsini görmək və hər hansı bir funksiyanın dəyişdirilməsinin mobil bankın bütün ekosisteminə necə təsir edəcəyini anlamaq bacarığı;
Biznes tələblər əsasında aydın, strukturlaşdırılmış texniki tapşırıqların edilməsi bacarığı;
Mobil tətbiqin daxili bank sistemləri arasında məlumat mübadiləsinə dair baza bilikləri (API, REST, SOAP iş prinsipləri, JSON / XML məlumat formatları);
Biznes-proseslərin modelləşdirilməsi, müştəri-məhsul-sistem axınlarının rəqəmsal xidmətə çevrilməsini və işləməsini qrafik notasiyalarda (BPMN, blok-sxemlər) "AS IS / TO BE" formatında təsvir edilməsi bacarığı;
Mürəkkəb biznes tələblərini İT mütəxəssisləri üçün anlaşıqlı və kiçik tapşırıqlara (dekompozisiya) bölmək bacarığı;
Tapşırıqların və sənədləşmənin aparılması üçün Jira(və ya analoqları) proqramları ilə iş təcrübəsi;