FINCA Azerbaijan Qeyri-Bank Kredit Təşkilatı Problemli kreditlərin idarə olunması istiqamətində komandasını və bu sahədə karyerasına başlamaq istəyən motivasiyalı təcrübəçi axtarır.
Vəzifə öhdəlikləri hansılardır?
Gecikmədə olan müştərilərlə əlaqə saxlayaraq ödənişlərin həyata keçirilməsinə dəstək verir
Müştərilərlə düzgün və etik kommunikasiya qurur
Zəng nəticələrini və müştəri məlumatlarını sistemdə qeyd edir
Borc vəziyyətlərini izləyir və rəhbərlik tərəfindən verilən tapşırıqları icra edir
Komanda ilə koordinasiyalı işləyərək gecikmələrin azaldılmasına töhfə verir
Namizədə tələblər
Gözləntilərimiz hansılardır?
Universitetin sonuncu kurs tələbəsi və ya yeni məzun olmuş (Maliyyə, iqtisadiyyat, Bank işi və oxşar sahələrdə təhsil alan və ya təhsil almış yeni məzunlar)
Komanda ilə işləmə bacarığı və əməkdaşlığa açıq olmaq
Öyrənməyə həvəsli, məsuliyyətli və inkişaf yönümlü olmaq
Nizam-intizamlı və diqqətli olmaq
Biz nə təklif edirik:
Real iş mühütində praktiki təcrübə
Peşəkar komandadan öyrənmək imkanı
Korporativ mühütdə işləmək imkanı
Qeyd: Təcrübə proqramı 2 aylıqdır və ödənişsizdir.