Müştəri əməliyyatlarının (kart, internet və mobil bankçılıq, POS-terminal və ATM əməliyyatları) real vaxt rejimində monitorinqinin aparılması;
Monitorinq sistemi vasitəsilə daxil olan xəbərdarlıqların təhlil edilməsi və müvafiq tədbirlərin görülməsi;
Kart və digər rəqəmsal kanallar üzrə dələduzluq insidentlərinin araşdırılması və təhlili, trendlərin və qabaqcıl təcrübələrin izlənilməsi, qabaqlayıcı tədbirlərin görülməsi və monitorinq qaydalarına dəyişikliklərin təklif edilməsi;
Risk göstəricilərinin müəyyənləşdirilməsi və təkrarlanan dələduzluq ssenarilərinin qarşısının alınması üçün təkliflərin hazırlanması;
Rəqəmsal dələduzluqla bağlı daxil olan müraciətlərin və şübhəli əməliyyatların təhlil edilməsi, zərurət yarandıqda müştərilərlə əlaqə saxlanılması;
Təhlilin nəticələrinə əsasən müəyyən edilmiş tədbirlər planının icrası;
Qrupun səlahiyyətlərinə aid məsələlər üzrə daxili və xarici sorğuların idarə edilməsi.
Üstünlüklərimiz:
Bank sektorunda karyera qurmaq və praktiki təcrübə qazanmaq imkanı;
Rəqəmsal təhlükəsizlik və dələduzluqla mübarizə sahəsində bilik və bacarıqların artırılması;
Müasir texnologiyalar və analitik sistemlərlə işləmək imkanı;
Təlimlərdə və peşəkar inkişaf proqramlarında iştirak;
Komanda işi və strukturlaşdırılmış iş mühitində təcrübə qazanmaq;