Müştəri əməliyyatlarının (kart, internet bankçılıq, mobil bankçılıq, POS və ATM əməliyyatları) real vaxt rejimində monitorinqinin aparılması;
Monitorinq sistemi vasitəsilə daxil olan xəbərdarlıqların təhlili və müvafiq tədbirlərin görülməsi;
Kart və digər rəqəmsal kanallar üzrə baş verən dələduzluq insidentlərinin təhlili, trendlərin və qabaqcıl təcrübələrin izlənilməsi, qabaqlayıcı tədbirlərin və qayda dəyişikliklərinin təşəbbüs edilməsi;
Risk göstəricilərinin müəyyən edilməsi və təkrarlanan ssenarilərin qarşısının alınması məqsədilə təkliflərin hazırlanması;
Rəqəmsal dələduzluq üzrə daxil olan müraciətlərin və şübhəli əməliyyatların təhlili və müştərilərlə kommunikasiya;
Nəticələrə əsasən plana uyğun tədbirlərin həyata keçirilməsi;
Qrupun səlahiyyətində olan məsələlər üzrə daxili və xarici sorğuların idarə olunması.
Namizədə tələblər
Kompüter elmləri, statistika, iqtisadiyyat, informasiya sistemləri və ya informasiya təhlükəsizliyi üzrə bakalavr təhsili arzuolunandır;
Bank əməliyyatları, ödəniş sistemləri və kart texnologiyaları sahəsində biliklər arzuolunandır;
Kart əməliyyatları, mobil bankçılıq və digər ödəniş alətləri sahəsində ən azı 1 il bank və ya fintech təcrübəsi;
Azərbaycan dili – səlis, İngilis dili – texniki terminologiya səviyyəsində, Rus dili biliyi – arzuolunandır;
Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook və s.) və sorğu idarəetmə sistemləri (JIRA, OTRS və s.) ilə işləmə bacarığı;
SQL (Oracle) üzrə biliklər – DQL və DML komandaları ilə işləmə bacarığı;
Analitik düşünmə qabiliyyəti və detallara diqqətlilik;
Məsuliyyətlilik, operativlik və komanda ilə işləmə bacarığı;