Kampaniyaların POS material bölgüsü barədə brifin hazırlanması və icrasına nəzarət (Bayraqlar, Stendlər Security gate, Kassa üstü A3, Fasad, Gondola headlər, Palet və rəflərdə reklamların sayları və bölgüsü);
Mağazalar üzrə reklam bölgüsünün və post marketinq planının hazırlanması və icrasının koordinasiyası;
Mağazadaxili, mağazadankənar və şəhər ərazisində effektiv reklam məkanlarının və reklam qurğularının müəyyən edilməsi;
Mövcud reklam sahələrinin səmərəli istifadəsi üçün müvafiq müraciətlərin hazırlanması və razılaşdırma prosesinin aparılması;
Mağaza ərazisinin xüsusiyyətlərinə uyğun marketinq kommunikasiyalarının planlaşdırılması və tətbiqinin təmin edilməsi;
Reklam daşıyıcılarının, vizual materialların və digər reklam məhsullarının hazırlanması, yenilənməsi və bərpası üçün sifarişlərin verilməsi;
Reklam məhsullarının quraşdırılması, yenilənməsi və bərpası prosesinə, eləcə də işlərin vaxtında və keyfiyyətli icrasına nəzarət edilməsi;
Reklam işlərinin icrası zamanı mağazalar, satınalma, texniki xidmət və digər aidiyyəti şöbələrlə koordinasiyanın təmin edilməsi;
Mağazalara mütəmadi ərazi baxışlarının keçirilməsi, reklam materiallarının mövcud vəziyyətinin və marketinq kommunikasiyalarının düzgün yerləşdirilməsinin yoxlanılması;
Müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi və icranın izlənilməsi;
Yeni açılacaq və yenilənəcək mağazalar üçün reklam yerlərinin müəyyən edilməsi, reklam yerləşdirmə planlarının hazırlanması və tətbiqinin koordinasiyası;
Mağazalarda keçirilən marketinq tədbirlərinin təşkilinə və icrasına dəstək göstərilməsi;
Mağazalarda keçirilən layihələrin və tədbirlərin mağazalar ilə kommunikasiyası və təşkilati dəstək;
Yeni reklam qurğusu barədə satınalmaya müraciətin edilməsi;
ID kartların dizaynı və Kommersiyaya göndərilməsi;
Ehtiyac olduqda mağazadaxili kommunikasiyaların hazırlanmasında dizayn dəstəyi göstərmək (ölçüyə salmaq, master faylları çap şirkətinə təqdim etmək və s.);
Mağazadaxili monitorların və mağazadaxili radiolara nəzarət;
Reklam sahələrinin, reklam məhsullarının və görülmüş işlərin uçotunun aparılması, hesabatların hazırlanması;
Post marketinq fəaliyyətlərinin müəyyən edilmiş brend standartlarına və vizual tələblərə uyğunluğunun təmin edilməsi.
Namizədə tələblər
Ali təhsil;
Azərbaycan dili səlis, Rus və ya İngilis dili arzu olunandır;
Müvafiq sahə üzrə ən azı 2 illik iş təcrübəsi;
MS Office proqramları üzrə biliklər (xüsusilə Excel, Word və PowerPoint);
Excel-də məlumatların sistemləşdirilməsi, reklam planlarının və hesabatların hazırlanması bacarığı;
PowerPoint vasitəsilə təqdimatların hazırlanması;
Elektron poçt və işgüzar yazışma platformalarından istifadə bacarığı;
Reklam yerləşdirmə planları və vizual materiallarla işləmək bacarığı;
AutoCAD, Adobe Illustrator və ya digər qrafik proqramlar üzrə biliklər üstünlük hesab olunur.