Şirkətin korporativ satış strategiyasını hazırlamaq və icrasını təmin etmək;
Tikinti, sənaye, dövlət və özəl sektor üzrə iri layihələrin müəyyən edilməsi və satış imkanlarının araşdırılması;
İnşaat şirkətləri, podratçı təşkilatlar, layihə şirkətləri, developer və korporativ müştərilərlə uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsi;
Şirkətin məhsul portfelinin (quru və maye inşaat məhsulları, boya, gips, mineral yun və digər məhsullar) layihələrə daxil edilməsini təmin etmək;
İllik, rüblük və aylıq korporativ satış planlarının hazırlanması və icrasına nəzarət etmək;
Satış hədəflərinin yerinə yetirilməsini təmin etmək və müəyyən edilmiş KPI-ların icrasına cavabdeh olmaq;
Tenderlərin, satınalma elanlarının və iri layihələrin davamlı monitorinqini aparmaq, iştirak strategiyasını formalaşdırmaq;
Müştərilər üçün kommersiya təkliflərinin, qiymət təkliflərinin və müqavilə şərtlərinin hazırlanmasına rəhbərlik etmək;
Korporativ müştərilərlə danışıqlar aparmaq, müqavilələrin bağlanmasını və icrasını təmin etmək;
Mövcud və potensial müştərilər üzrə satış proqnozlarını, bazar analizlərini və rəqabət mühitini mütəmadi olaraq təhlil etmək;
Satış komandası və digər aidiyyəti şöbələrlə koordinasiyalı şəkildə işləmək, layihələrin vaxtında icrasını təmin etmək;
Debitor borclarına nəzarət etmək və ödənişlərin vaxtında həyata keçirilməsini təmin etmək;
Satış fəaliyyətinə dair həftəlik, aylıq və illik hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
Şirkətin bazar payının artırılması və yeni korporativ müştərilərin cəlb edilməsi istiqamətində təşəbbüslər irəli sürmək;
Müştəri məmnuniyyətinin və xidmət keyfiyyətinin artırılması üzrə tədbirlər həyata keçirmək;
Namizədə tələblər
Təhsil: Ali
Yaş həddi: min 30 - max 50 yaş
İş təcrübəsi: min 3 il – 5 il
Kompüter biliyi: Microsoft office / Excel yaxşı
Ezamiyyət imkanları
Dil bilikləri
Azərbaycan dili (ana dili).
İngilis və rus dillərində sərbəst ünsiyyət bacarığı (üstünlükdür).