Bankın inzibati və əməliyyat obyektlərində təhlükəsizlik və nəzarətin təmin edilməsi məqsədilə videomüşahidə və digər nəzarət sistemlərini fasiləsiz izləmək;
Videomüşahidə kameralarından daxil olan görüntüləri operativ şəkildə monitorinq etmək, şübhəli və ya qeyri-adi halları müəyyənləşdirmək və aidiyyəti şəxslərə məlumat vermək;
Bankın filiallarında, baş ofisində və digər obyektlərində baş verən hadisələri operativ müəyyən etmək, hadisə barədə müəyyən edilmiş prosedura uyğun olaraq rəhbərliyi və aidiyyəti struktur bölmələri məlumatlandırmaq;
Nəzarət sistemlərində aşkar edilmiş texniki nasazlıqlar barədə aidiyyəti struktur bölmələrə məlumat vermək və nasazlıqların aradan qaldırılmasını izləmək;
Nəzarət zamanı müəyyən edilmiş pozuntu, insident və şübhəli hallarla bağlı müvafiq məlumatları qeydiyyata almaq və hesabatların hazırlanmasında iştirak etmək;
Hadisə və insidentlərlə bağlı video görüntülərin müəyyən edilmiş qaydada qorunmasını və aidiyyəti şəxslərə təqdim edilməsini təmin etmək;
Bank əməkdaşlarının və üçüncü şəxslərin müəyyən edilmiş təhlükəsizlik və giriş-çıxış qaydalarına riayət etməsinə nəzarət etmək;
Fövqəladə hallar, təhlükəsizlik insidentləri və digər riskli vəziyyətlər zamanı müəyyən edilmiş prosedurlara uyğun operativ tədbirlər görmək və aidiyyəti şəxsləri məlumatlandırmaq;
Növbə ərzində baş vermiş hadisələr, aşkar edilmiş risklər və görülmüş tədbirlər barədə növbəni təhvil alan əməkdaşa ətraflı məlumat vermək və növbə təhvil-təslimini müəyyən edilmiş qaydada həyata keçirmək;
Nəzarət sistemlərindən əldə edilən məlumatların məxfiliyini qorumaq və həmin məlumatlardan yalnız xidməti məqsədlər üçün istifadə etmək;
Nəzarət şöbəsinin fəaliyyətinə aid digər tapşırıqları müəyyən edilmiş qaydada və vaxtında yerinə yetirmək.
Namizədə tələblər
Müvafiq sahə üzrə orta ixtisas təhsili (ali təhsil arzuolunandır);
Təhlükəsizlik, nəzarət, videomüşahidə və ya müvafiq sahələrdə iş təcrübəsi;
Videomüşahidə və digər texniki nəzarət sistemləri ilə işləmək bacarığı;
Təhlükəsizlik qaydaları və fövqəladə hallarda davranış prosedurları barədə məlumatlı olmaq;
Şübhəli və riskli halları operativ müəyyən etmək və düzgün qiymətləndirmək bacarığı;
Diqqətli, məsuliyyətli və yüksək müşahidə qabiliyyətinə malik olmaq;
Növbəli iş rejimində işləmək imkanı;
Komandada işləmək və operativ kommunikasiya bacarığı;
MS Office proqramlarından istifadə etmək bacarığı;
Xidməti məlumatların məxfiliyinin qorunması prinsiplərinə riayət etmək.