Stansiyanın qəbul-göndərmə yollarına qəbul edilən, çeşidlənən və çeşidləmə parkında çeşidlənmiş vaqonların, qatar tərkibindəki vaqonların nömrələrini yazmaq;
Çeşidləmə parkından digər parka, VDS-ə, TXM-ə verilən vaqonların nömrələrini yazmaq və STM operatorlarına məlumat vermək;
Vaqonyuma və dezinfeksiyaetmə sahəsinə, dalan yoluna göndərilən və oradan götürülən vaqonların nömrələrini yazmaq və STM operatorlarına məlumat vermək;
Çeşidlənən vaqonların nömrələrini ADY SMART proqramına işləmək, lazım olarsa ADY SMART proqramında yaranmış çətinlik barəsində məlumat hesablama mərkəzinin (MHM) qaynar xətti ilə əlaqə saxlamaq;
Parka daxil olan qatarların sənədlərini STM operatoruna çatdırmaq və göndərilən qatarların sənədlərinin verilməsini icra etmək;
Texnoloji işlə əlaqədar olaraq stansiya növbətçisinin, STM operatorunun, manevr dispetçerinin göstərişlərini yerinə yetirmək;
Gördüyü işlər üzrə texnoloji mərkəzin rəisinə və stansiya rəisinin avtomatlaşdırılmış idarəetmə sistemi üzrə müavininə məlumat vermək.
Namizədə tələblər
Təhsil: Ümumi;
Stansiyanın texniki sərəncam aktı və texnoloji iş prosesinə dair biliklər;
Dəmiryol nəqliyyatının siqnalizasiya təlimatı;
Blankların doldurulması və qatar sənədləşdirilməsi qaydalarına dair biliklər;
Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair təlimat;
Qatarların hərəkət cədvəlinə dair biliklər;
Əməyin mühafizəsi, istehsalat sanitariyası, texniki təhlükəsizlik, yanğından mühafizənin norma və qaydalarına dair biliklər.