QALAN komandası genişlənir! Satış Meneceri axtarırıq.
Satış sahəsində karyera qurmaq və yüksək gəlir əldə etmək istəyirsənsə, səni komandamıza dəvət edirik!
Təcrübən yoxdur? Problem deyil!
QALAN-da iş prosesi sıfırdan öyrədilir, yeni əməkdaşlara təlim keçirilir və adaptasiya müddətində tam dəstək göstərilir.
QALAN — Azərbaycan, Qazaxıstan, Özbəkistan, Rusiya və ərəb ölkələrində fəaliyyət göstərən beynəlxalq onlayn təhsil platformasıdır. 60 000+ şagirdə xidmət göstərmişik.
Sənin əsas vəzifələrin:
• QALAN-ın təhsil xidmətlərini müştərilərə təqdim etmək və satışını həyata keçirmək
• Daxil olan müraciətləri operativ qəbul etmək və idarə etmək
• İsti müraciətlər və mövcud müştəri bazası ilə effektiv əməkdaşlıq
• CRM sistemində məlumatları düzgün qeyd etmək
• Satış planlarını yerinə yetirmək və yüksək nəticələr göstərmək
Biz nə təklif edirik?
• Sabit əmək haqqı + yüksək bonus sistemi
• Rəsmi əmək müqaviləsi
• Karyera yüksəlişi və inkişaf imkanları
• Təlimlər və peşəkar inkişaf
• Tim-bildinq və motivasiyaedici tədbirlər
• Güclü komanda və korporativ mühit
• Sürətlə inkişaf edən beynəlxalq EdTech şirkətində çalışma imkanı