Çağrı mərkəzi əməkdaşlarının gündəlik fəaliyyətinin idarə edilməsi, zənglərə nəzarət və keyfiyyətin qiymətləndirilməsi vasitəsilə daxili proseslərin optimallaşdırılmasına dəstək;
Komandanın performansının izlənməsi və inkişafı yolu ilə Müştəri Məmnuniyyətinin İdarəolunması axınının effektiv işləməsinin təmin edilməsi;
Şirkət tərəfindən qoyulmuş məqsədlərə (KPI-lara) nail olmaq üçün komandaya rəhbərlik və dəstək göstərilməsi;
Əlaqə mərkəzinə daxil olan zənglərin, müraciətlərin (ümumi məlumat, şikayət və təklif xətləri) müntəzəm dinlənilməsi və qiymətləndirilməsi;
Əvvəlcədən müəyyən edilmiş keyfiyyət standartlarına (skriptə uyğunluq, ünsiyyət tərzi, problemin düzgün həlli və s.) əsasən qiymətləndirmə;
Qiymətləndirmə nəticələrinin sistemləşdirilməsi və müntəzəm hesabatların hazırlanması;
Operatorların gündəlik iş qrafikinin planlaşdırılması və icrasına nəzarət;
Zəng keyfiyyəti aşağı olan əməkdaşlar üçün əlavə təlim və inkişaf planlarının hazırlanması;
Komanda daxilində motivasiyanın artırılması və iş intizamına nəzarət;
Onlayn çat bölməsinə daxil olan sorğuların vaxtında və keyfiyyətli cavablandırılmasının təmin edilməsi;
Rəhbərlik tərəfindən təyin olunmuş digər tapşırıq və sorğuların icrası.
Namizədə tələblər
Ali təhsil;
Çağrı mərkəzi və ya müştəri xidmətləri sahəsində iş təcrübəsi (rəhbər vəzifədə təcrübə üstünlükdür);
Microsoft Office proqramları ilə işləmək bacarığı;
Yüksək səviyyədə Azərbaycan dili və rus dili biliyi;
İngilis dili biliyi – minimum B1 səviyyəsi;
Yaxşı ünsiyyət bacarığı;
Müştəri yönümlülük;
Dəqiqlik və məsuliyyətlilik, komandada işləmək bacarığı.
Biz nə təklif edirik:
AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
İş saatları: 08:00-17:00/9:00 - 18:00 (həftədə 5 dəfə);
İş yeri: Bayıl (servis xidməti mövcuddur);
Peşəkar inkişaf imkanı;
Könüllü tibbi sığorta;
Push30 proqramından 75% endirim ilə istifadə imkanı;
Landau School-da uşaqların təhsilində xüsusi endirimlər.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.