İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ölkənin rəqəmsal transformasiya strategiyasına uyğun olaraq, dövlət xidmətlərinin və daxili biznes proseslərinin Süni İntellekt Agentləri (AI Agents) vasitəsilə avtomatlaşdırılması, optimallaşdırılması və yeni nəsil rəqəmsal həllərin hazırlanması məqsədilə AI Agent Engineer vakansiyasını elan edir.
Böyük Dil Modelləri (LLM) əsasında AI Agent həllərinin hazırlanması və inkişaf etdirilməsi;
Müxtəlif biznes proseslərinin AI Agent yanaşması ilə avtomatlaşdırılması və optimallaşdırılması;
Xarici və daxili sistemlərlə inteqrasiya olunan alətlər (Tools), MCP serverləri və API əsaslı həllərin hazırlanması;
Retrieval-Augmented Generation (RAG) əsaslı agentlərin layihələndirilməsi və inkişaf etdirilməsi;
Agentlərin performansının, təhlükəsizliyinin və cavab keyfiyyətinin qiymətləndirilməsi və davamlı təkmilləşdirilməsi;
AI Agentlərin monitorinqi, loglaşdırılması və istifadə statistikasının izlənilməsi;
Məhsul Sahibləri, Biznes Analitiklər, Backend Developer-lər və digər krosfunksional komandalarla sıx əməkdaşlıq edilməsi;
Süni intellekt sahəsində yeni metodologiyaların, framework-lərin və texnoloji yeniliklərin davamlı izlənilməsi və tətbiqi.
Namizədə tələblər
Biznes və ümumi bacarıqlar:
AI, LLM və ya Backend Development sahəsində minimum 2 il real iş təcrübəsi;
Biznes proseslərini analiz edərək AI Agent həllərinə çevirmək bacarığı;
Agent yanaşmasının hansı prosesləri tam avtomatlaşdıra biləcəyini və hansı hallarda Human-in-the-Loop yanaşmasının tələb olunduğunu düzgün qiymətləndirmək bacarığı;
Analitik düşünmə və mürəkkəb problemləri sistemli şəkildə həll etmək bacarığı;
Krosfunksional komandalarla effektiv əməkdaşlıq və Agile metodologiyaları ilə işləmə təcrübəsi;
Texniki həlləri qeyri-texniki maraqlı tərəflərə sadə və aydın şəkildə təqdim etmək bacarığı;
Davamlı öyrənmək və sürətlə dəyişən AI ekosisteminə uyğunlaşmaq bacarığı.