Şirkətimiz layihələrin kommersiya əməliyyatlarını, müqavilə və xərclərə nəzarəti, eləcə də satınalma və tender proseslərini idarə edəcək Baş Kommersiya mütəxəssisi - Təhcizat & Kommersiya axtarır. Namizəd vendorlarla münasibətlərin idarə olunması, danışıqların aparılması, risklərin vaxtında müəyyən edilməsi və layihə büdcələrinə uyğun kommersiya fəaliyyətlərinin təmin edilməsinə cavabdeh olacaq.
Əsas vəzifə öhdəlikləri:
Layihə büdcəsinə uyğun vendor münasibətlərini idarə etmək və satınalma təşəbbüslərini dəstəkləmək.
Tender, danışıqlar və müqavilə dəyişikliklərinə dəstək göstərmək.
Layihə menecerləri və satınalma komandaları ilə əməkdaşlıq etmək.
Müqavilə və xərclərə nəzarət üzrə kommersiya əməliyyatlarını idarə etmək.
Satınalma və tender proseslərində şəffaflıq və ədaləti təmin etmək.
Şirkətin əməliyyat risklərinin idarəedilməsi siyasətinə əməl etmək.
Daxili qaydalara, siyasətlərə və prosedurlara uyğun hərəkət etmək.
Şirkət tərıfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən illik hədəflərinə çatmaq.
Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.
Namizədə tələblər
Mülki mühəndislik, iqtisadiyyat, memarlıq və ya smeta mühəndisliyi üzrə bakalavr dərəcəsi.
Tikinti sahəsində texniki biliklər, satınalma və danışıqlar bacarığı.
Müvafiq sahədə iş təcrübəsi, vendor və təchizatçılarla iş bacarığı.
Microsoft Office bilikləri (xüsusilə Excel); smeta və satınalma proqramları üstünlükdür.
Tender proseslərinin idarə edilməsində şəffaflıq və ədalət.
İddiaların effektiv idarə olunması.
Təchizatçılarla peşəkar münasibətlərin qurulması və saxlanılması.