Elektrik avadanlıqlarının (transformatorlar, paylayıcı şkaflar, generatorlar, işıqlandırma və s.) illik və aylıq texniki xidmət və təmir planlarını hazırlamaq;
Təmir resurslarının (material, avadanlıq, işçi qüvvəsi) planlanmasını həyata keçirmək;
Elektrik sistemlərinə dair texniki sənədləri, layihə sxemlərini hazırlamaq və normativlərə uyğunluğunu təmin etmək;
Elektrik işinin təşkili zamanı qanunvericilik tələblərinə, normativ-texniki sənədlərə (IEC, ISO, AzTS və s.), o cümlədən istehsalçı tələblərinə uyğunluğun planlaşdırılması, yerinə yetirilməsi və nəzarətini həyata keçirmək;
Elektrik qəzalarının və avadanlıqların sıradan çıxmalarının qarşısının alınması məqsədilə risk analizi aparmaq;
Yeni elektrik sistemlərinin tətbiqinə dair texniki təkliflər irəli sürmək və bu təkliflər əsasında ilkin planlama işlərini həyata keçirmək;
Avadanlıq modernizasiyası və enerji səmərəliliyi üzrə layihələrdə iştirak etmək;
Avtomatlaşdırılmış monitorinq sistemlərinin tətbiqi üçün texniki təhlil və planlama işlərini həyata keçirmək.
Namizədə tələblər
Təhsil səviyyəsi: Müvafiq istiqamət üzrə ali (Elektrik mühəndisliyi, elektroenergetika və ya müvafiq texniki ixtisas sahələri üzrə)
Təcrübə: Müvafiq istiqamət üzrə 3 il
Bilməlidir:
Aşağı, orta və yüksək gərginlikli elektrik sistemləri haqqında biliklər;
Elektrik sxemləri və avadanlıqlarının texniki xüsusiyyətləri və tətbiq sahələrinə dair biliklər;
Yük hesablamaları, kabel seçimi, qoruma sistemlərinə dair biliklər;
SCADA, PLC kimi avtomatlaşdırma sistemlərinin əsasları;
Generatorlar, UPS, transformatorlar sistemləri və onların tətbiqinə dair bilik və bacarıqlar;
Dövlət standartları, texniki normativlər, beynəlxalq və yerli standartları bilmək.