İstehsalat prosesində buğda emalı nəticəsində əldə olunan un və digər məhsulların müəyyən olunmuş standartlara uyğun şəkildə qablaşdırılması, çəkilməsi, markalanması və anbara təhvil verilməsini təmin etmək.
Hazır məhsulun (un və digər emal məhsullarının) qablaşdırılmasını həyata keçirmək
Qablaşdırılmış məhsulların markalanması və etiketlənməsində iştirak etmək
Paketlənmiş məhsulların anbara və ya yükləmə sahəsinə daşınmasına kömək etmək
Qablaşdırma avadanlıqlarının düzgün və təhlükəsiz istifadəsinə riayət etmək
Keyfiyyətə nəzarət qaydalarına əməl etmək
Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmək
Rəhbərlik tərəfindən verilən digər istehsalat tapşırıqlarını yerinə yetirmək
İmtiyazlar
🚍 Servis xidməti – Sumqayıt və 20 Yanvar istiqamətləri üzrə;
🏥 Könüllü tibbi sığorta;
🍽️ Nahar ilə təminat;
📍 Yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük – müəssisə Xırdalan şəhəri, Hökməli dairəsi yaxınlığında yerləşir.