Klinik laborator diaqnostika üzrə rutin və ixtisaslaşmış müayinələrin laboratoriyanın standart əməliyyat prosedurlarına (SOP) və qüvvədə olan standartlara uyğun aparılmasını təmin etmək.
Hematoloji, biokimyəvi, immunoloji, koaqulyasiya və digər klinik laborator müayinələrin nəticələrini qiymətləndirmək, təsdiqləmək və klinik əhəmiyyətini interpretasiya etmək.
Bioloji nümunələrin götürülməsi, identifikasiyası, daşınması, qəbulu, saxlanması və işlənməsi daxil olmaqla preanalitik proseslərə nəzarət etmək, uyğunsuzluqları müəyyənləşdirmək və müvafiq tədbirlərin görülməsini təmin etmək.
Laborator müayinələrin analitik mərhələsində tətbiq olunan metodların, reagentlərin, kalibratorların və nəzarət materiallarının düzgün istifadəsinə və nəticələrin etibarlılığına nəzarət etmək.
Laborator nəticələrin analitik və klinik uyğunluğunu qiymətləndirmək, zəruri hallarda nəticələrin təkrar yoxlanılmasını təmin etmək, kritik nəticələri müəyyənləşdirmək və onların vaxtında aidiyyəti klinik şöbəyə bildirilməsini təmin etmək.
Daxili keyfiyyətə nəzarət və xarici keyfiyyət qiymətləndirilməsi proqramlarında iştirak etmək, uyğunsuzluqları və mümkün xəta mənbələrini təhlil etmək, düzəldici və qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə dəstək göstərmək.
Laboratoriyanın standart əməliyyat prosedurlarının (SOP), iş alqoritmlərinin, referens intervallarının, kritik dəyərlərinin və digər keyfiyyət sənədlərinin hazırlanması, tətbiqi və mütəmadi yenilənməsində iştirak etmək.
Laborator avadanlıqların düzgün istismarına, kalibrasiyasına, profilaktik və texniki xidmətinə, eləcə də müvafiq qeydlərin və sənədləşmənin aparılmasına nəzarət etmək.
Reagentlərin, kalibratorların, nəzarət materiallarının və digər laborator sərf materiallarının saxlanma şəraitinə, istifadə müddətlərinə və ehtiyatlarının idarə edilməsinə nəzarətdə iştirak etmək.
Biotəhlükəsizlik, infeksiyaların profilaktikası və nəzarəti, tibbi tullantıların idarə olunması və əmək təhlükəsizliyi üzrə müəyyən edilmiş tələblərə riayət etmək.
Klinik şöbələrin həkimləri ilə əməkdaşlıq etmək, laborator müayinələrin düzgün və məqsədəuyğun seçilməsi, nəticələrin interpretasiyası və əlavə müayinələrə ehtiyacın müəyyənləşdirilməsi ilə bağlı peşəkar konsultativ dəstək göstərmək.
Laboratoriyanın orta tibb heyətinə və digər əməkdaşlarına laborator metodlar, prosedurlar, keyfiyyət və təhlükəsizlik tələbləri üzrə metodiki dəstək göstərmək.
Laborator xidmətlərin keyfiyyətinin, dəqiqliyinin və effektivliyinin davamlı yaxşılaşdırılması üzrə tədbirlərdə iştirak etmək.
Universitet klinikasının tədris, elmi-tədqiqat, klinik audit, keyfiyyətin yaxşılaşdırılması və davamlı peşəkar inkişaf fəaliyyətlərində iştirak etmək.
Namizədə tələblər
Ali tibb təhsili
Klinik laborator diaqnostika üzrə müvafiq ixtisaslaşma.
İxtisas üzrə qüvvədə olan sertifikasiya tələblərinə uyğunluq.
Klinik laborator diaqnostika, hematologiya, biokimya, koaqulyasiya və immunoloji müayinələr üzrə nəzəri və praktik biliklər.
Laborator müayinələrin preanalitik, analitik və postanalitik mərhələləri üzrə bilik və bacarıqlar.
Laboratoriya avadanlıqları, avtomatlaşdırılmış analizatorlar, reaktivlər, kalibrasiya və keyfiyyətə nəzarət prinsipləri üzrə biliklər.
Daxili və xarici keyfiyyətə nəzarət, laboratoriya keyfiyyətinin idarə edilməsi prinsipləri üzrə biliklər.
LIS və avtomatlaşdırılmış laborator sistemlərlə iş təcrübəsi üstünlükdür.
Laboratoriya keyfiyyət standartları və akkreditasiya prinsipləri üzrə bilik və ya təcrübə üstünlükdür.
Xaricdə təhsil, elmi-tədqiqat fəaliyyəti və ya universitet klinikasında iş təcrübəsi üstünlükdür.