Rəqəmsal Bankçılıq sistemlərinin inkişafı və dəstəklənməsi, onların stabil, təhlükəsiz və etibarlı fəaliyyətinin təmin edilməsi;
Biznes tələblərinə uyğun yeni funksionallıqların layihələndirilməsi və hazırlanması;
Sistemlərin layihələndirilməsində, arxitekturanın təkmilləşdirilməsində, texnologiya seçimində və texniki qərarların qəbulunda iştirak;
Bankın daxili sistemləri və xarici platformalarla inteqrasiyaların layihələndirilməsi və həyata keçirilməsi;
İstifadə ssenarisinə uyğun texnologiyanın seçilməsi ilə Java, Go və ya Python əsasında servislərin, inteqrasiyaların və avtomatlaşdırma həllərinin hazırlanması;
Funksionallıqların texniki layihələndirmədən hazırlanma, test, istehsal mühitinə yerləşdirmə və dəstəyə qədər bütün mərhələləri üzrə məsuliyyət daşınması;
Kod icmalının (code review) aparılması, kodun keyfiyyətinin, təhlükəsizliyinin və dəstəklənə bilməsinin təmin edilməsi;
Komanda üzvlərinə texniki dəstək göstərilməsi və mentorluq edilməsi;
Kritik insidentlərin, performans problemlərinin və istehsal mühitində yaranan nasazlıqların araşdırılması və aradan qaldırılması;
Tapşırıqların texniki qiymətləndirilməsində, planlaşdırılmasında və icrasının koordinasiyasında iştirak;
API spesifikasiyaları, sistem diaqramları və arxitektura qərarları daxil olmaqla texniki sənədləşmənin hazırlanması və yenilənməsi;
Məhsul menecerləri, biznes analitikləri, arxitektorlar, QA, DevOps və informasiya təhlükəsizliyi komandaları ilə əməkdaşlıq;
Şöbənin fəaliyyət istiqamətinə uyğun digər mühəndislik tapşırıqlarının yerinə yetirilməsi.
Namizədə tələblər
Ali təhsil (informasiya texnologiyaları, kompüter mühəndisliyi və ya əlaqəli sahələr üzrə təhsilə üstünlük verilir);
Proqram təminatının hazırlanması üzrə minimum 3 il müvafiq iş təcrübəsi;
OOP, SOLID, Clean Code və dizayn nümunələri (design patterns) üzrə dərin bilik və onları praktikada tətbiq etmək bacarığı;
Köhnə kodun (legacy code) təhlili və refaktorinq bacarığı;
Java 8+ və Spring ekosistemi (Spring Boot, Spring Data JPA, Spring Security, Spring Cloud) üzrə geniş praktiki təcrübə; Java 17+ biliyi üstünlükdür;
Go və ya Python üzrə praktiki biliklər (opsional);