Bütün mexaniki, soyuducu (qurğu və avadanlıqlar) və bütün digər tikinti xidmətlərinin istismarını və texniki xidmətini həyata keçirmək;
Həftəlik Mağazalara baş çəkmək, mexaniki nəzarətçilərə məsləhət vermək və onlara kömək etmək və mövcud resurslara uyğun olaraq texniki xidmətin vaxtında və texniki cəhətdən səmərəli şəkildə aparılmasını təmin etmək;
Tikinti Layihələri üzrə Menecerin həvalə etdiyi bütün zəruri kiçik təkmilləşdirmə və yeni işləri yerinə yetirmək;
Ehtiyat hissələrinin və sərf olunan materialların vaxtında və ehtiyat hissələrinin yüksək qiyməti nəzərə alınmaqla tələb olunmasını təmin etmək;
İşçilərin mütəmadi olaraq qiymətləndirilməsini həyata keçirmək və müvafiq tövsiyələr vermək;
Daim departament standartlarını təkmilləşdirməyə çalışmaq;
Avadanlıqların nasazlıqlarını araşdırmaq və nasaz işin diaqnostikasını aparmaq; müştəriyə tövsiyələr vermək;
Layihənin icrası zamanı mühəndis dəyişikliklərinə nəzarət etmək;
Müştərilər, podratçılar, memarlar və digər layihə qrupunun üzvləri ilə bütün qarşılıqlı əlaqələrdə şirkəti təmsil etməkdən məsuldur;
Obyektlərə mexaniki işlər üzrə xidmətin göstərilməsi üçün qrafiklər və üsullar yaratmaq; resurs ehtiyaclarını müəyyən etmək; müvafiq idarəetmə heyəti ilə ehtiyacları nəzərdən keçirmək; resursları müvafiq olaraq bölüşdürmək;
Binaların, infrastrukturların və obyekt avadanlıqlarının quraşdırılmasına, yoxlanılmasına, təmirinə, nasazlıqların aradan qaldırılmasına və gündəlik texniki xidmətə nəzarət etmək;
Bütün qurğular və avadanlıqlar üçün profilaktik təmir və təhlükəsizlik yoxlama proqramlarını hazırlamaq və təşkil etmək;
Ətraf mühit, sağlamlıq və təhlükəsizlik siyasətlərinə uyğun olaraq bina və qurğuların yaxşı vəziyyətdə saxlanmasına cavabdehdir;
Müqavilə xidmətlərinin göstərilməsində podratçılarla əlaqələndirmək;
Şikayətləri həll etmək üçün lazım olduqda düzəldici tədbirlər görmək.
Namizədə tələblər
Mexanika mühəndisliyi üzrə bakalavr və ya master dərəcə;
Sənayedə 5-10 il iş təcrübəsi; Sənaye soyutma sahəsində;
Mürəkkəb məsələləri texniki olmayan əməkdaşlara və rəhbərliyə çatdırmaq bacarığı;
Komanda da işləmək bacarığı, nəticə yönümlü, problem həll etmə qabiliyyətlər;
Microsoft Office (Word, Excel, Outlook, PowerPoint) istifadə bacarığı;
AutoCAD və ya digər texniki proqram təminatları ilə işləmək bacarığı;