Əsas gözləntimiz sistemlərin fasiləsiz işləməsinə nəzarət etmək, yaranan problemlərə operativ reaksiya vermək və texniki komanda ilə kommunikasiya etmək.
• Proaktiv monitorinq: Monitorinq alətləri (monitoring tools) vasitəsilə sistemlərin, ödəniş kanallarının və funksionallığın daimi izlənilməsi.
• İnsidentlərin idarə edilməsi: - Xəta baş verdikdə ilkin araşdırmanın aparılması - Problemin kritikliyini təyin etmək
• Müştəri dəstəyi və kommunikasiya: Müştərilərdən gələn sorğuların (zəng, mesaj, email) qəbulu, ilk cavabın verilməsi və həll edilməsi.
• Manual testlər: Sistem yenilənmələri və ya şübhəli hallar zamanı tətbiqləri (app) və veb-interfeysləri bir istifadəçi kimi yoxlamaq/test etmək.
• İzləmə (Follow-up): Qeydə alınan problemlərin həll olunana qədər təqib edilməsi, müştəriyə status barədə məlumat verilməsi.
Namizədə tələblər
IT sahəsində ümumi anlayış və ya təhsil (Computer Science, IT management və s.).
Android/IOS əməliyyat sistemlərində istifadəçi səviyyəsində dərin bilik (tətbiqləri test etmək üçün).
Sorğu/tapşırıq idarəetmə sistemləri (Jira, Helpdesk və s.) ilə işləmək təcrübəsi (üstünlükdür).
SQL sorğuları barədə baza biliklər (üstünlükdür).
Məsuliyyət: Gecə növbəsində müstəqil qərar verə bilmək bacarığı.
Problem həll etmə bacarığı (Problem-solving): Emosiyaya yox, həll yoluna fokuslanmaq.
Kritik düşünmə (Critical thinking): Vəziyyəti obyektiv qiymətləndirmək, tələsik və emosional qərarlardan qaçmaq.
Analitik düşüncə: Problemin kökünü tez tapmaq və düzgün şəxsə yönəltmək bacarığı.
Dil bilikləri:
Azərbaycan dili – Səlis (yazılı və şifahi).
Rus dili – Yaxşı səviyyədə (üstünlükdür).
İngilis dili – Texniki sənədləri və xətaları oxuya biləcək səviyyədə.