İstehsalat sahəsində metal konstruksiyaların və avadanlıqların qaynaq, kəsim, montaj və təmir işlərini təhlükəsizlik qaydalarına uyğun şəkildə yerinə yetirmək, avadanlıqların saz vəziyyətdə saxlanılmasını təmin etmək.
Vəzifə öhdəlikləri:
Metal konstruksiyaların və avadanlıqların qaynaq, kəsim, montaj və təmir işlərini həyata keçirmək;
Mexaniki və çilingər işlərini yerinə yetirmək;
Avadanlıqlarda yaranan nasazlıqları müəyyən etmək və aradan qaldırmaq;
Metal konstruksiya və avadanlıqların təmiri və bərpasını həyata keçirmək;
Detalların kəsilməsi, birləşdirilməsi, quraşdırılması və sökülməsini icra etmək;
Qaynaq və çilingər alət-avadanlıqlarından düzgün və təhlükəsiz istifadə etmək;
Avadanlıqların daim saz vəziyyətdə saxlanılmasını təmin etmək;
Aşkar edilmiş nasazlıqlar barədə birbaşa rəhbərə vaxtında məlumat vermək;
Əməyin mühafizəsi, təhlükəsizlik və sanitariya-gigiyena qaydalarına riayət etmək.
Namizədə tələblər
Çilingər, mexanik və ya müvafiq texniki ixtisas üzrə peşə və ya orta ixtisas təhsili;
Qaynaqçı-çilingər vəzifəsində 1–3 il iş təcrübəsi;
Metal konstruksiyalar və avadanlıqlarla işləmə bacarığı;
Qaynaq və çilingər alətlərindən təhlükəsiz istifadə bacarığı;
Texniki nasazlıqları müəyyən etmək və operativ şəkildə aradan qaldırmaq bacarığı;
Məsuliyyətli, intizamlı və komandada işləmə bacarığı;
Gecə növbəsində işləməyə uyğunluq.
İş şəraiti:
İş rejimi: 6 günlük, növbəli iş qrafiki;
Gecə növbəsi: mövcuddur;
Nahar: şirkət tərəfindən təmin olunur;
Servis: Sumqayıt və 20 Yanvar istiqamətləri üzrə;
İş yeri: Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Şamaxı şossesi 129, Hökməli dairəsinin yaxınlığı;
İş yerinə yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük veriləcək.