Gələn qatarların qarşılanması, göndəriləcək qatarların müşayiət edilməsi və hərəkət tərkiblərinə 12 nöqtədən baxış keçirməklə nasazlıqları aşkar etmək;
Vaqon və konteynerlərin texniki baxışı zamanı aşkar edilmiş nasazlıqların aradan qaldırılmasını təmin etmək;
Qəbul edilən hərəkət tərkiblərinin komplekləşdirilməsini, qovşaq və detalların yararlılığını ADY Smart proqramından və ya Web Portaldan istifadə etməklə faktiki uyğunluğunu yoxlamaq;
Açılmadan təmiri mümkün olmayan və ya dövrü təmir müddəti çatmış vaqonların təmirə açılmasını təmin etmək və təmirə açılan vaqonlara ADY Smart proqramında və ya kağız daşıyıcıda VU-23 formalı bildiriş tərtib etmək;
Alət və şablonların, siqnal vasitələrinin sazlığını yoxlamaq, nasazlıq aşkar edildikdə onların böyük vaqon baxıcısı-təmirçisinin köməyi ilə yararlılarla dəyişdirilməsini həyata keçirmək;
Bütün tiplərdən olan yük vaqonlarının təmiri üçün nəzərdə tutulan özüyeriyən maşınlara və ya mürəkkəb universal qurğulara texniki xidmətin göstərilməsi;
Qatarlarda avtotormozların təmirini və sınağını icra etmək.
Namizədə tələblər
Ümumi təhsil;
Növbəli iş qrafikində fəaliyyət;
Vaqon və konteynerlərin quruluşu üzrə biliklər;
Vaqonlara texniki xidmətin yerinə yetirilməsi qaydaları üzrə biliklər.
Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə məlumatlılıq;