Azərbaycan Respublikasının Konstitusiyasını, Əmək Məcəlləsini, yanğın təhlükəsizliyi və texniki təhlükəsizlik sahəsində qüvvədə olan qanunvericilik aktlarını, müvafiq qayda, norma və standartları rəhbər tutaraq vəzifə funksiyalarını icra etmək;
Avadanlıqların, binaların, qurğuların və digər obyektlərin yanğına qarşı vəziyyətini qiymətləndirmək;
Yanğın təhlükəsizliyi məsələləri üzrə struktur bölmələrdə planlı və plandankənar nəzarət tədbirlərini həyata keçirmək;
Ərazilərdə, binalarda, qurğularda, otaqlarda, anbarlarda və nəqliyyat vasitələrində baş vermiş yanğın və yanma hallarının səbəblərini araşdırmaq, müvafiq hesabatlar hazırlamaq;
İlk yanğınsöndürmə vasitələrinə olan tələbatı müəyyənləşdirmək, onların sayını planlaşdırmaq, mövcudluğuna və saz vəziyyətdə olmasına nəzarət etmək;
Yanğınların qarşısının alınması və yanğından mühafizənin gücləndirilməsi məqsədilə zəruri tədbirləri hazırlamaq və həyata keçirmək;
İşçilərlə yanğın-texniki minimum və yanğın təhlükəsizliyi qaydaları üzrə təlim və məşğələlər keçirmək;
Mövcud qayda, norma və standartlarda nəzərdə tutulmuş yanğın təhlükəsizliyi tədbirləri üzrə təlimatların hazırlanmasında iştirak etmək və yanğına qarşı tədbirlərin həyata keçirilməsini təmin etmək;
Yanğın profilaktikası üzrə işləri planlaşdırmaq və həyata keçirilməsinə nəzarət etmək;
Əməyin təhlükəsizliyi, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət etmək;
Təhlükə potensiallı obyektlərdə texniki təhlükəsizlik tələblərinin yerinə yetirilməsinə nəzarət etmək;
Təsdiq edilmiş prosedur, qayda və formaların icrasına nəzarət etmək, aşkar edilmiş uyğunsuzluqlar barədə rəhbərliyə məlumat vermək.
Namizədə tələblər
Təhsil: Müvafiq sahə üzrə ali təhsil
İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 2 il stajı
Dil bilikləri: Yaxşı səviyyədə ingilis və ya rus dili arzuolunandır
Rəqəmsal bacarıqlar: MS office (yaxşı səviyyədə)
Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi
Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları
Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu