Tibbi Tanıtım Nümayəndəsi məhsulların həkimlərə elmi əsaslarla tanıdılmasını təmin edən və sahədə medikal strategiyanın birbaşa icraçısıdır.
Bu vəzifə satış yönümlü deyil, əsas məqsəd məhsulların həkimlər
tərəfindən elmi əsaslarla tövsiyə olunmasını təmin etməkdir.
İş öhdəlikləri
Məsul olduğu bölgədə hədəf həkimlərə (nevroloq, pediatr, ginekoloq, endokrinoloq, kardioloq, terapevt və s.) məhsulların elmi və klinik üstünlüklərini, məhsul prioritetlərinə uyğun olaraq fokuslu və ardıcıl şəkildə təqdim etmək
Şirkət tərəfindən müəyyən edilmiş hədəf həkim siyahısı üzrə planlı ziyarətlərin icrası və fəaliyyətlərin gündəlik qeydiyyatının aparılması
Həkimlərdən gələn elmi sual və etirazların beynəlxalq mənbələr və sübutlara əsaslanaraq cavablandırılması
Elmi məqalələr və klinik araşdırmalar əsasında təqdimatların hazırlanması və icrası
Həkimlərdən alınan medikal geri bildirimlərin sistemli şəkildə mərkəzə ötürülməsi
Təlimlərdə və elmi toplantılarda aktiv iştirak etmək
Satış (aptek) komandası ilə koordinasiyalı şəkildə işləmək
Namizədə tələblər
Namizədə tələblər
Təhsil (aidiyyatlı ixtisaslar):
Tibb, Əczaçılıq, Biologiya, Kimya, Biotexnologiya, Qidalanma və Dietologiya və digər səhiyyə/bioloji elmlər üzrə ali təhsil.
Minimum 2 il tibbi tanıtım nümayəndəsi və ya əlaqəli sahə üzrə təcrübə
Digər tələblər:
Həkimlərlə peşəkar kommunikasiya bacarığı
Elmi mətnləri anlama və izah etmə qabiliyyəti
Səyyar iş rejiminə uyğunluq
MS Office bilikləri
Dil bilikləri (ingilis və ya rus dili) üstünlükdür
İş rejimi: 09:00-18:00 I-V gün (sahə işi)
Təklif etdiklərimiz
800 – 1500 AZN əmək haqqı (təcrübəyə görə fərqlənir)
Premya sistemi
Qidalanma kartı
Yol xərci və ya avtomobili olanlara benzin kartı
Davamlı təlim və inkişaf imkanları
Güclü beynəlxalq brend və peşəkar komanda ilə işləmək imkanı