Aleksandr Nevski pravoslav kilsəsi Gəncənin XIX əsr dini memarlığını təmsil edən tarixi məbədlərindəndir. 1887-ci ildə inşa edilmiş kilsə qırmızı kərpicdən tikilən Bizans üslublu binası ilə seçilir. Onun yaradılmasına yerli pravoslav və müsəlman sakinlərin ianələri töhfə verib.
Məbədin interyerində əvvəlki dövrlərdən qalan ikonalar, o cümlədən Aleksandr Nevski və Maqdalalı Məryəmə həsr olunmuş nümunələr qorunub saxlanılır. Sovet dövründə bağlanaraq başqa məqsədlər üçün istifadə edilən bina 1946-cı ildə yenidən kilsəyə qaytarılıb. Tikilməsinin 130 illiyi münasibətilə 2017-ci ildə burada təmir işləri aparılıb.
Rəy əlavə edin