Müqəddəs Məryəm Ananın Miladı kilsəsi Bakının pravoslav dini irsini yaşadan məbədlərindən biridir. Tarixi 1896-cı ildə ianələrlə tikilmiş əvvəlki kilsəyə uzanır. Həmin bina söküldükdən sonra indiki məbəd başqa yerdə inşa olunub və 1926-cı ildə təqdis edilib.
1937-ci ildə bağlanan kilsə 1944-cü ildə yenidən pravoslav icmasına qaytarılıb. 2019–2021-ci illərdə aparılan yenidənqurma zamanı interyer yenilənib, oyma daş ikonostas quraşdırılıb. Burada XIX əsrdə Afon dağında hazırlanmış Məryəm Ana, Müqəddəs Nikolay və Panteleymon ikonaları qorunur. Məkan Bakıdakı pravoslav ənənəsi və dini sənətlə tanış olmaq üçün seçilə bilər.
Rəy əlavə edin