Xudavəng, beynəlxalq mənbələrdə Dadivank adı ilə tanınan orta əsr monastır kompleksi, Kəlbəcər rayonunda Tərtərçay vadisinin dağlıq yamacında yerləşir. Yazılı mənbələrdə IX əsrdən xatırlanan monastırın günümüzə çatan tikililəri müxtəlif inşa mərhələlərini əhatə edir. Ansamblın əsas kilsəsi 1214-cü ildə inşa edilmişdir.
Kompleks kilsələrdən, ibadət və yaşayış otaqlarından, yeməkxana və digər yardımçı tikililərdən ibarətdir. Əsas kilsənin divar kitabələri, daş relyefləri və XIII əsr divar rəsmləri xüsusilə diqqət çəkir. Erməni apostol dini ənənəsi ilə bağlı olan abidə Qarabağın orta əsr xristian memarlığının geniş və mürəkkəb quruluşlu nümunələrindəndir.
Qalereya
Ünvan və xəritə
Kəlbəcər rayonu, Vəng kəndi yaxınlığı, Tərtərçay vadisi
Rəy əlavə edin